PDF Oxu

Siyasət

  • 5

İsmayıllıda “Yeni Azərbaycan” Təşviqat Qrupunun yığıncağı keçirilib

İsmayıllıda “Yeni Azərbaycan” Təşviqat Qrupunun yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının qərargahında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsinin növbəti yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, yığıncaqda çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun fəaliyyət proqramında nəzərdə tutulan tədbirlərin icrası və qarşıda duran vəzifələr barədə məlumat verib.

Qeyd olunub ki, referendumla bağlı rayon təşkilatı aparatında 15 nəfərdən ibarət qərargah yaradılıb. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Seçicilərlə fərdi iş aparan partiya fəalları, seçkiqabağı təşviqat kompaniyasında iştirak edən təbliğatçılarla görüş keçirilib onların konkret vəzifələri müəyyənləşdirilib.

Dairə Seçki Komissiyasında və məntəqə seçki komissiyalıarında müşahidəçilik funksiyalarını yerinə yetirən partiya üzvlərinin siyahısı və lazımi sənədlər hazırlanaraq müvafiq seçki dairəsinə təqdim edilib. Təbliğat materiallarının seçki məntəqələrinin ərazisindəki təşviqat lövhələrində yerləşdirilməsi üçün Gənclər Birliyinin üzvlərindən ibarət mobil qrup yaradılıb.

Tədbirdə daha sonra çıxış edən qərargah üzvləri Xuraman Qurbanova, Şəhla Qafarova, İsrayıl İsmayılov,Məhəmməd Musayev,Elxan Əliyev , Aydın Əzizov və digərləri görülən işləri qeyd etməklə yanaşı rayonda referendumun uğurla keçəcəyinə ümidvar olduqlarını bildirdilər.

yap.org.az

Digər xəbərlər