PDF Oxu

Siyasət

  • 11

Müxalifətin bugünü kimi, sabahı da qaranlıqdır

Müxalifətin bugünü kimi, sabahı da qaranlıqdır

Çünki hələ də Ə.Kərimli, A.Hacılı və digərləri özlərini partiya sədrləri kimi təqdim edirlər

Hər kəsə məlum olan fakt ondan ibarətdir ki, müxalifət partiyalarının dağılmasının başlıca səbəbi iddialı sədrlərin düşünülməmiş yanlış siyasət aparmalarıdır. Fikir verin, Ə.Kərimli deyilən AXCP sədri hazırladığı qoca rejissor Rüstəm İbrahimbəyov ssenarisinin baş tutmamasından sonra zor gücünə C. Həsənli adlı siyasətdən başı çıxmayan səriştəsiz birisini "Milli Şura"nın sədri seçilməsinə nail oldu. Nəticədə nə baş verdi? Quruma üzv olanlar az müddət sonar C.Həsənlinin sifətini görməklə əhvali-ruhiyyələrinin təlx olmaması üçün tələm-tələsik "Milli Şura"nın sıralarını tərk etdilər. Bu gün "Milli Şura"da "bir həsir, bir də Məmmədnəsir" məsəlinə uyğun olaraq bir Ə.Kərimli, bir də C.Həsənliu qalıb. Araşdıqma aparıb, dərinə gedilsə, C.Həsənlinin heç də öz xoşuna "Milli Şura"da qalmadığı məlum olar. Yəni C.Həsənli öz istəyinin ziddinə gedə bilmir. Çünki Ə.Kərimli onu jantaj edir, qurumu tərk edəcəyi təqdirdə, müəyyən faktları açıqlayacağını deməklə, onu təhdid edir. Müxalifətin digər qurumları olan "Demokratik Düşüncə Mərkəzi", "Respublika və Qarabağ Uğrunda" və digərlərində də vəziyyət "Milli Şura"da görünən acınacaqlı durumdan fərqlənmir. Partiayalara gəlincə isə, burada vəziyyət son dərəcədə kritikdir. Hər gün kimlərinsə və ya hansısa rayon təşkilatlarının buraxılması barədə məlumatlara və bəyanatlara rast gəlirik. Demək olar ki, artıq AXCP adlı partiyadan əsər - əlamət qalmayıb.

Quru adlarından ibarət olan partiyalar

Birmənalı mövqe onadan ibarətdir ki, Ə.Kərimli AXCP adını yalnız xarici maraqlı qüvvələrdən maliyyə yardımı almaq üçün saxlayır. Onun keçmiş müavini Razi Nurullayev isə Ə.Kərimlini sovet dönəminin kolxoz sədrlərinə bənzədib: ""Keçmişdə, kolxoz sədrləri "pul əl çirkidir" deyərək, kolxozçuları istismar edir və əvəzində cüzi maaş verirdilər. Bu, ümumiyyətlə, sovet imperiyasının ideoloji xətti idi.

İndi isə kolxoz sədri vəzifəsini, yenilənməyi özlərinin kreslosuna təhdid kimi görən partiya sədrləri yerinə yetirir. AXCP sədri Ə.Kərimli öndə gedir.

AXCP-nin və Ə.Kərimlinin özəlliyi nədir ki, orada sədr dəyişikliyini dilinə gətirənlər partiyadan uzaqlaşdırılsın? Başqasından şəffaflıq, qanun və düzlük tələb edən birinin özünün niyə bu tələblərə uymaması çox sayda şübhəli suallar doğurur".

R.Nurullayev Ə.Kərimlinin saxta profillər hesabına insanları şantaj etməsinə də münasibət bildirib: "Fikirlərim birbaşa Ə.Kərimliyə aiddir. Kim bizə qarşı dedi-qodu edəcəksə, şər-böhtan yağdıracaqsa, istər real addım olsun, istərsə də saxta profil arxasında gizlənən şəxs, saxta imzalı jurnalist olsun, biz onun arxasında dayanan simanı görəcəyik. Bu simanın Ə.Kərimli olduğunu bildiyimizdən, birbaşa onun üzərinə gedəcəyik. Əgər o, daha çox ifşa olunmasını istəmirsə, o zaman şər-böhtan kampaniyasını dayandırsın. Çünki heç kimlə problemimiz yoxdur. Sadəcə, bu çirkin, pis işlərin arxasında Ə.Kərimlinin simasını görməkdəyik".

Müsavat ailə dərnəyinə çevrilib

AXCP-dəki mövcud acınacaqlı vəziyyət Müsavat partiyasındada təkaralanmaqdadır. Partiayanın 2014-cü ildə keçirilən qurultaydan sonra istefa verənlər və çıxarılanlar bir-birini əvəz edir. Maraqlıdır ki, Müsavata rəhbərliyi qopmaları partiyadan növbəti "təmizlənmə" kimi təqdim etməyə çalışır. Yəni partiyanın az qala üçdə ikisi istefa verir, A.Hacılı isə bunu "təmizlımə" olaraq təqdim etməyə çalışır. Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri Qubad İbadoğlu məsələnin başında İ.Qəmbərin dayandığını bildirib: "İndiki başqan nominal başqan sayıla bilər. Çünki o məsələlərin həllində real başqan statusunda əvvəlki başqan çıxış edir və onların müzakirələrindən bizə verilən məlumata görə, artıq qərarlaşdırılıbdır ki, partiyanın hansı üzvlərini divandan xaric etsinlər. Eyni zamanda, hansı üzvlərini Mərkəzi Nəzarət-Təftiş Komissiyasında müzakirə edib partiya sıralardan çıxarsınlar".

Q.İbadoğlu Müsavat partiyasının dağılmasının gözlənilən olduğunu da bildirib: "Müsavat partiyasının dağılması təhlükəsini biz A. Hacılı başqan olduğu gündən görürdük. Bizim qurultayqabağı və qurultaydan sonra apardığımız mübarizənin əsas məqsədi ondan ibarət idi ki, partiyada təkbaşına hakimiyyətçilik olmasın, partiya demokratik və partiyanın nizamnaməsi ilə idarə olunsun. Biz bu mübarizəni aparan zaman bizə dəstəklər olmadı. Təbii ki, bunu başa düşürəm, hamı partiyanın bütövlüyü üçün çalışırdı. Biz özümüz də partiyanın bütövlüyü üçün çalışmışıq. Müsavat partiyasından qeyri-qanuni məni çıxartmasaydılar, yəqin ki, indiyə qədər Müsavat partiyasında qalıb fəaliyyət göstərərdim".

Q.İbadoğlu onu da bildirib ki, Müsavat partiyası bir qrupun, bir ailənin nəzarətindədir: " Müsavat partiyasında bir qrup adam qalıb. Onlar da Müsavat partiyasının başqanını tərifləməklə məşğuldurlar. İndiki halda partiyanın əvvəlki nüfuzunu və reytinqini bərpa etmək olmaz. Təəssüf edirəm ki, A. Hacılının səhv siyasəti nəticəsində Müsavat partiyasını bu vəziyyətə gətirib çıxardılar".

Göründüyü kimi, müxalif partiyalarının və qurumlarının dağılmasının başlıca səbəbkarı elə müxalifət liderlərinin özləridir. Bunu başqaları deyil, müxalifət təmsilçilərinin özləri etiraf edirlər. Bu baxımdan, demək olar ki, hazırda düşərgədə var-gəl edən bir ovuc müxalif partiyaların sabahı çox qaranlıqdır. Çünki hələ də Ə.Kərimli, A.Hacılı və digərləri özlərini partiya sədrləri kimi təqdim edirlər.

İ.ƏLİYEV

Digər xəbərlər