PDF Oxu

Siyasət

  • 14

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Yevlax şəhər şöbəsinin yığıncağı keçirilib

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Yevlax şəhər şöbəsinin yığıncağı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatının inzibati binasında 26 sentyabr 2016-cı il tarixdə ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçirləcək Referendum ilə əlaqədar "Yeni Azərbaycan" Təşviqat Qrupunun Yevlax rayon şöbəsinin yığıncağı keçirilib. YAP Yevlax şəhər təşkilatının aparat rəhbəri, "Yeni Azərbaycan" Təşviqat Qrupunun Yevlax şəhər şöbəsi üzrə qərargahın sədr müavini Əli Quliyev Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verib. Ə.Quliyev şəhər təşkilatı tərəfindən referendumqabağı görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Tədbirdə təbliğat-təşviqat kampaniyası dövründə "Yeni Azərbaycan" Təşviqat Qrupu tərəfindən seçicilərlə keçiriləcək görüşlərin qrafiki və təşviqat qrupunda iştirak edəcək məsul şəxslərin siyahısını tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin, təşviqat kampaniyasında iştirak edəcək ağsaqqallar, ziyalılar müəyyənləşdirilib, dairə və məntəqə-seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını müşahidəçi qismində təmsil edən üzvlərin siyahısı hazırlanıb və onlara treninqlər keçirilir. Rayon ərazisində təbliğat materiallarının asılması, və seçki məntəqələri ərazisinə çatdırılması, paylanması işinin aparılması üçün gənclərdən ibarət mobil qrup yaradılıb. Ə.Quliyev kampaniyanın uğurla başa çatdırılması və referendumda yüksək fəallığın təmin olunması istiqamətində görüləcək digər işlərlə bağlı yığıncaq iştirakçılarına məlumat verib.

Daha sonra tədbirdə çıxış edən YAP Yevlax şəhər təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova, YAP Yevlax şəhər təşkilatı gənclər birliyinin sədri Ariz Mikayılov və digərləri görülən işlərlə bağlı fikirlərini bildiriblər. Çıxışlarda yekun olaraq, qeyd olunub ki, xalqımız səsvermə nəticəsində bu əlavə və dəyişiklikləri qəbul etməklə, ölkəmizin ali sənədinin təkmilləşdirilməsinə, respublikanın inkişafına, daha səmərəli idarə olunmasına öz töhfəsini verəcək.

Ü.ƏSGƏROV

Digər xəbərlər