Naftalan şəhəri
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Naftalan şəhər şöbəsi böyük coşqu ilə təbliğat kampaniyasına başlayıb. SİA-nın regionlardan aldığı məlumata görə, təbliğat kampaniyasına "Həmrəy olaq, HƏ deyək" devizi altında plakatların təbliğat lövhələrində asılması ilə start verilib.
"Yeni Azərbaycan" Referendum üzrə təşviqat qurupunun Naftalan şöbəsini üzvləri və fəal gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər.
96 saylı Goranboy–Naftalan seçki dairəsi üzrə 5 seçki məntəqəsi yerləşir. Naftalan şəhəri üzrə 5499 seçici qeydiyyatdadır. Naftalan seçiciləri həmişə olduğu kimi bu dəfə də fəallıq göstərəcəklərini bildiriblər. Qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər cox böyük uğrlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfuzu durmadan artır. Bütün bu nailiyyətlər hər bir azərbaycanlıda qürür hissi doğurur.



Daşkəsən rayonu
03 sentyabr 2016-cı il saat 07:30. Daşkəsən rayonu. Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Daşkəsən rayon şöbəsi böyük coşqu ilə təbliğat kampaniyasına başladı.






Yevlax şəhər
"Yeni Azərbaycan" Təşviqat Qrupunun Yevlax şəhər şöbəsində yaradılan Qərargahın sədr müavini Əli Quliyev bu gün təşviqat kampaniyasında iştirak edən gənclərlə görüşərək onlara müvafik təlimatlar verib. O bildirib ki, Yevlax şəhəri üzrə 2 Dairə Seçki Komissiyası və 57 məntəqə mövcuddur. Referendum üzrə " Yeni Azərbaycan" Təşviqat Qrupunun Yevlax şəhər şöbəsinin gənclərdən ibarət fəalları bu gün səhər saatlarından etibarən məntəqə ərazilərində yerləşən xüsusi təşviqat lövhələrinə Yeni Azərbaycan təşviqat qrupunun şüarlarını yerləşdiriblər. Kampaniyanın aparılması üçün 20 nəfər YAP Yevlax rayon təşkilatının fəal gənci səfərbər edilib.



Astara, Pensər kəndi
"Yeni Azərbaycan " Təşviqat Qrupunun Astara rayon şöbəsində Qərargah yaradılıb. Gənc fəallar səhər saatlarından başlayaraq məntəqə ərazilərində yerləşən xüsusi təşviqat lövhələrinə "Yeni Azərbaycan" təşviqat qrupunun şüarlarını yerləşdiriblər.


Qazax
"Yeni Azərbaycan" Təşviqat Qrupunun Qazax rayon şöbəsi də təşviqat kampaniyasına start verib. Gənclərdən ibarət fəallar bu gün səhər saatlarından etibarən məntəqə ərazilərində yerləşən xüsusi təşviqat lövhələrinə Yeni Azərbaycan təşviqat qrupunun şüarlarını yerləşdiriblər.



Gəncə
İyulun 26-da Prezident İlham Əliyev sərəncam imzalayaraq Azərbaycan Respublikasının Konstitusiya Aktına dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-na referendum təyin edib. Referendumla bağlı hazırlıq işlərinə başlanılıb, Mərkəzi Seçki Komissiyasının iclasında bu məqsədlə bir sıra hüquqi aktlara yenidən baxılıb, zəruri dəyişikliklər edilib. Bu gün təşviqat kampaniyasına start verilib.
2016-cı ildə keçiriləcək referendumla əlaqədar "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu da "Həmrəy olaq, HƏ deyək!" devizi ilə təşviqata başlayıb. "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Seçki Qərargahının Gəncə şəhər şöbəsi referendumla bağlı çevik, operativ fəaliyyət göstərir, Qərargah üzvləri, könüllülər, fəallar bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar. Təbliğat-təşviqat kampaniyası 37, 38, 39 və 40 saylı Seçki Dairələri üzrə müəyyən olunmuş xüsusi yerlərdə təşviqat plakatlarını asmaqla başlanılıb. Konstitusiyaya edilən dəyişiliklər və əlavələrlə bağlı hazırlanmış bukletlər, təbliğat-təşviqat materialları da ictimaiyyətə çatdırılacaq.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır.
İsmayıllı rayonu
Bu gün sentyabrın 26-da konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumun təşviqat kompaniyasına start verilib. Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsinin təbliğat–təşviqat tədbirləri çərçivəsində "Referenduma Hə deyək" devizi altında plakatların Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırması prosesi başa çatdırılıb.
İsmayıllı rayonu üzrə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qurupunun üzvləri və gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstəriblər.
"Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsi tərəfindən təbliğat–təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla davam etdirilir.
Rayon təşkilatı əmindir ki, seçki prosesi əvvəlki illərdə olduğu kimi, bu seçkilər də yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq tam şəffaf, ədalətli şəkildə keçiriləcəkdir.