"Hesab edirəm ki, bu gün Azərbaycan müxalifətinin Referendumla bağlı və yaxud da özlərinin söylədiyi kimi, planlaşdırdıqları mitinq əsasən bekarçılıqdan xəbər verir. Çünki bu insanlar heç bir prosesə qatılmağa özlərində güc, elektorat tapmayıblar". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.Onun sözlərinə görə, müxalifət bütün gün o, bu səfirliyin qarşısında quyruq bulayırlar ki, bəlkə bir qədər pul qoparsınlar: "Çünki onlar öz cibləri və maddi gəlirləri üçün faydalanırlar. İndi də onlar bir-iki mitinq keçirməyi planlaşdırırlar. Yəqin ki özlərinə yeni donor tapıblar. Məsələn, bu gün AXCP, Milli Şura Əli Kərimli və Cəmil Həsənlidən ibarətdir. Onlar bildiyiniz kimi referendumla bağlı heç əks təşviqat qrupu belə yaratmadılar. Çünki bilirlər ki, ətraflarında heç 5-10 nəfər adam yoxdur. Bunu etməyən adam hansı cəsarətlə, məntiqlə mitinq təyin edir çox maraqlıdır. Hətta onlar səfirlik qapılarında da ayrı-ayrı, bir-birindən gizlin gəzirlər. Arif Hacılı girir, Cəmil Həsənli çıxır. Hesab edirəm ki, onların mitinq növbəti dəfə də biabırçılıqla yadda qalacaq. Çünki onların fiaskosu alınlarına yazılıb".
sia.az