"Ümumiyyətlə müxalifət nəsə demək və toplaşmaq üçün müxtəlif bəhanələr axtarır. Təbii ki, biz də bunu başa düşürük. Amma hesab edirəm ki, bu tutarlı və insanları maraqlandıran bir şey olmalıdır. Mən heç cür başa düşə bilmirəm ki, referendum ərəfəsində onlar mitinqə çıxıb nə söyləyəcəklər". Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə deyib.Onun sözlərinə görə, Referendum Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərdir: "Bu dəyişikliklərin təxminən yarısı – 15-i insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsinə xidmət edən bir dəyişiklikdir. Hesab edirəm ki, bu, olduqca vacibdir. Yəqin ki, müxalifət keçirəcəyi mitinqdə yaşla bağlı nəsə demək istəyəcək. Təbii ki, normal düşünən insanlar bunun da şərtini bilirlər. Bu nə deməkdir? İnsanlar 18 yaşına çatdıqdan sonra hüququn bütün sahələrinin subyektinə çevrilir. Eyni zamanda seçki hüququnun subyektinə çevrilir. Axı bunun nəyi pisdir? Bundan 100 minlərlə insan bəhrələnəcək. Ona görə də bu məsələdə narahaçılığa heç bir əsas yoxdur.Digər hallarda isə prezidentlik institutunda yeni vitse-prezidentlər institutunun yaradılmasıdır. Bu dövlət idarəçiliyinin daha çevik həyata keçirilməsinə xidmət edən bir məqamdır. Bəzi hallarda görürsən ki, bunu başqa cür yozmağa çalışırlar. Xüsusilə müxalifət düşərgəsində olan insanlar müxtəlif toplantılar keçirirlər. Biz ümid edirik ki, Azərbaycan xalqı referendumda aktiv iştirak edərək referenduma "hə" deyəcək. Biz bunun sentyabrın 26-də şahidi olacağıq".
sia.az