"Bir neçə müxalifət partiyalarının sentyabr ayında mitinq keçirmək istəyi onların konstitusion haqqıdır. Lakin gəlin görək hazırki durumda bu mitinqlərin və kütləvi etiraz aksiyalarının keçirilməsi nə dərəcədə məqsədə uyğundur? Öncə onu qeyd edim ki, hal hazırda ölkəmizdə nüfuzlu beynəlxlaq tədbirlərin keçirilməsinin intensivliyi zamanında siyasi stabilliyin qorunması mütləqdir". Bunu SİA-ya Vəhdət Pariyası sədrinin ümumi əlaqələr üzrə müavini Vasif Əfəndi deyib.Onun sözlərinə görə, son illər davamlı olaraq dünyanın ən nüfuzlu idman yarışları, beynəlxalq simpoziumlar və mədəniyyət tədbirləri keçirilir: "Bu tədbirlərin Azərbaycanda keçirilməsinin əsas səbəbi isə ölkəmizdə olan siyasi stabillik və beynəlxalq qurumların Azərbaycana olan etibarıdır.Təbii ki, bu etibarı qazanmaq illərlə aparılan məqsədli siyasətin nəticəsidir. Sözsüz ki, aprel döyüşləri ərəfəsində Azərbaycanın apardığı hərbi əməliyyatların birmənalı olaraq bu problemlə məşğul olan bütün beynəlxalq qurumlar tərəfindən dəstəklənməsi bu stabilliyin nəticəsidir. Dağlıq Qarabağ problemi ilə bağlı gərgin danışıqlar getdiyi zamanda ölkədə siyasi stabilliyi pozmağa yönəlik atılan addımlar cəmiyyət tərəfindən də dəstəklənməyəcək.Dünyada baş verən proseslərlə bağlı bizim də yaşayış səviyyəmizdə problemlərin olduğu məlumdur. Lakin hesab edirəm ki, hakimiyyət bu işlə ciddi məşğuldur və iqtisadi stabilliyin qorunması üçün gərəkli addımları atacaqdır. Ona görə də müxalifətin mitinq təşəbbüsünü hazırki şəraitdə düzgün hesab etmirəm".
sia.az