Roma Papasının Azərbaycana planlaşdırılmış səfəri "Hamımız qardaşıq" şüarı altında həyata keçiriləcək. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə, Roma Papası Fransisk Qafqaza sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Gürcüstan və Azərbaycana gələcək.
"Hamımız qardaşıq" şüarı "Matfeydən İncil"də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin "bütün insanlar vahid ailənin bir hissəsidir, qardaşlığa və dostluğa şağrılırlar" təlimindən ilhamlanıb", - deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, səfərin loqotipi şüarın mahiyyətini əks etdirir.
sia.az