PDF Oxu

Siyasət

  • 23

"Milli Şura"nın aksiyasını "FETÖ"çulər təşkil edir

"Milli Şura"nın aksiyasını "FETÖ"çulər təşkil edir

Niyaməddin Orduxanlı: "Əli Kərimli heç dağıdıcı müxalifətin "balası" da deyil"

Azərbaycan cəmiyyəti sentyabrın 26-da ölkədə keçiriləcək ümumxalq səsverməsinə hazırlaşdığı bir ərəfədə, radikal düşərgə ənənəsinə sadiq qalaraq, cəmiyyəti çaşdırmağa, ölkədə sabitliyi pozmağa cəhd edib. Belə ki, xəbərlərdən də aydın olduğu kimi, "Milli Şura" adlanan qurum sentyabrın 11-də və 17-də, konstitusiya dəyişikliklərinə etiraz əlaməti olaraq, mitinq keçirməyi qərarlaşdırıb. Məsələyə münasibət bildirən BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı "Səs" qəzetinə açıqlamasında bildirib ki, sözügedən qurumun bundan əvvəl təşkil etdiyi aksiyalarda məhdud sayda insanların iştirak etdiyini nəzərə alsaq, 11 sentyabr aksiyasının da uğursuz, az sayda insanların iştirakı ilə yekunlaşacağını bildirib.

- Mitinqin baş tutması realdırmı?

- "Milli Şura" adlanan qurum və Ə.Kərimli bu addımı ilə özünü çox gülünc vəziyyətə salır. 11 sentyabr aksiyasını 26 sentyabrda keçirilməsi planlaşdırılan ümumxalq səsverməsinə etiraz aksiyasi kimi nəzərdə tuturlar. Ə.Kərimliyə deyən lazımdır ki, niyə özünü gülünc vəziyyətə qoymusan? Ölkə Prezidenti İlham Əliyev tərəfindən referendum keçirilməsi təşəbbüsü irəli sürülən vaxtdan indiyə qədər xeyli vaxt və imkan var idi. Kim sənə mane olurdu referendumla bağlı təşəbbüs qrupu yaratmağa? Son illərdə özünü öldürürsən ki, Azərbaycanda dağıdıcı müxalifətin anasıyam, atasıyam. Qanunla təşəbbüs qrupu yaradardın və 9 milyonluq Azəbaycan xalqının 40 000 imzasını alıb, referendumun əleyhinə ağıllı-başlı kampaniya həyata keçirərdin. Deməli, bu məsələdə Ə. Kərimlinin məkrli planı acıq şəkildə ortadadır. Bu, bir daha sübut olundu ki, Ə. Kərimli heç radikal müxalifətin "balası" da deyil. "Milli Şura"da olan 30 nəfər işsiz və hakmiyyətdən qovulmuş adamlar nəinki 40000 imza toplaya bilərlər, heç öz yaxın qohum-əqrəbalarının 400 imzasını ala bilməzlər.

- Deməli, özlərinə olan inamsızlıq, onları referendumu boykot etmək kimi anormal qərar verməyə məcbur edib.

- Bəli, birbaşa bunun altından imzamı atıram ki, "Milli Şura", məhz 40000 imzanı toplaya bilmədyinə görə, referendumla bağlı təşəbbüs qrupu yaratmadı. Kim toplayacaq idi 40000 imzanı? Kim qalıb Ə. Kərimlinin yanında? Azərbaycan cəmiyyəti də gördü ki, Ə. Kərimlinin nə sosial dayağı var , nədə ki 40000 imzanı toplaya biləcək gücü. Bu boş-boş danışmaqdan və özünü radikal müxalifətin "aparıcı" qüvvəsi göstərməkdən başqa bir şey deyil. Ə. Kərimli, məcazi mənada desək, "vedrə"sində olan sabunun köpüyünü hamıya göstərdi.

- Bu mənada, "Milli Şura"nın mitinq şousunun baş tutmayacağını demək olarmı?

- Əvvəlcə bu məqama aydınlıq gəlməlidir ki, qanunla seçki təbliğatı dövründə Mərkəsi Seçki Komissiyasında referendumla bağlı təşəbbüs qrupu yaratmayan bir qurum- "Milli Şura" referendumla bağlı təbliğat-təşviqat apara bilərmi? Mən bildiyim qədər qanun buna imkan vermir. 800 nəfər adamı tapıb 40000 imzanı toplaya bilməyən "Milli Şura" və Ə.Kərimlinin mitinqinə kim dəstək verəcək? Heç kim! Özləri də çox yaxşı bilirlər ki, cəmiyyət tərəfindən geniş dəstək qazanmayacaqlar. Həm də çox yaxşı bilirlər ki, Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməmiş bir qurumun referendumla bağlı təbliğat kampaniyası aparması qeyri-qanunidir və buna rəsmən də icazə verilməyəcək. Buna görə də, Ə. Kərimli hakimiyyəti beynəlxalq qurumların qarşısında "pis" vəziyyətə qoymaq istəyir. Məncə, Ə.Kərimlinin "sentyabrın 11-də mintinq keçiririk" fikri, əsasən, buna yönəlib. Son illər ərzində Ə. Kərimli onlarla mitinq keçirib. Nə qədər dəstək qazanıb? Ən yaxşı halda, jurnalistlər, polislər və stadionun texniki işçiləri ilə bir yerdə 600-700 nəfər. Bu gün isə, onun mitinqinə heç 500 nəfər də gəlməz.

- Azərbaycandakı gülənçilər "Milli Şura"nın mitinqinə hansı formada dəstək verə bilər?

- Azərbaycanda gülənçilərin geniş sosial dayağı yoxdur. İndiki məqamda ola bilsin ki, gülənçilər Ə. Kərimliyə müəyyən dəstək versinlər. Bu da kütləvi xarakter ola bilməz. Onlar vaxtilə hakmiyyətdə - Prezident Administrasiyası, Milli Məclis, müxtəlif nazirliklər və müxalifət partiyaları səviyyəsində formalaşmışdılar və özlərinə yer tapmışdılar. Ancaq son illərdə Azərbaycan siyasi rəhbərliyinin gülənçilərin hakmiyyətdən təmizlənməsi prosesini aparmasını gördük. Vaxtilə bu proses aparılmasa idi, bu gün Azərbaycan da qardaş Türkiyə dövləti kimi çox ciddi bir proseslə üz-üzə qalardı. Bu yaxınlarda mətbuatda da şahidi olduq ki, gülənçilərin Azərbaycanda özlərini yığışdırmasının əsas səbəbi 2009-cu ildə Prezidentin köməkçisi Əli Həsənovla BAXCP sədri Qüdrət Həsənquliyevin onları acıq şəkildə ifşa etməsi olub.

- Demək olarmı ki, "Milli Şura"dakıların və gülənçilərin əsas məqsədləri Azərbaycanda uzun illərdir qorunan sabitlyin pozulmasına nail olmaqdır?

- Ə.Kərimli hər gecə yuxusunda da fikirləşir ki, necə edək ki, ölkədə sabitlik pozulsun, vətəndaş qaşıdurması yaransın, xaotik vəziyət hökm sürsün. Bütün imkanlarını səfərbər edir ki, bu arsusunu reallaşdırsın. Ə. Kərimlinin bu istəyi gözündə qalacaq. Azərbaycan istimaiyyəti çox yaxşı bilir ki, ölkədə sabitlyin pozulması hansı vəziyyətə gətirə bilər. Bilirsiniz ki, Yaxın Şərqdə baş verənlər hər kəsin gözü qarşısındadır. Hətta Ukraynada ölkənin sabitiiynin pozulması bu gün hansı vəziyyət yaradıb. Bütün bunları bilə-bilə, görə-görə, xalq Ə.Kərimli kimi avantürüstin danışıqlarına əhəmiyyət verməz...

GÜLYANƏ

Digər xəbərlər