PDF Oxu

Siyasət

  • 18

Lənkəran seçiciləri ilə görüş keçirilib

Lənkəran seçiciləri ilə görüş keçirilib

26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı bu gün Lənkəran şəhər seçiciləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq, seçiciləri salamlayıb.O çıxışında referendumla əlaqədar Lənkəran rayonunda görülən hazırlıq işləri haqqında məlumat verib.YAP Lənkəran şəhər təşkilatının sədri bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkəmizin və xalqımızın gələcəyi üçün çox önəmlidir. O, seçiciləri 26 sentyabr 2016-cı il tarixində Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi- Referendumda fəal iştirak etməyə çağırıb.Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək ölkədəki ictimai-siyasi sabitlikdən bəhs edib. O deyib ki, bir neçə gündən sonra keçiriləcək ümumxalq səsverməsi-Referendum Azərbaycanın iqtisadi inkişafına yönələn proseslərin çevik istiqamət üzrə daha da sürətlənməsini təmin edəcək: "Referendum Aktı idarəçilikdə yeni islahatlara təkan verəcək, müasir dövrün çağırışlarının həllini təmin edəcək. Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təminatı üçün nəzərdə tutulan dəyişikliklər gələcək inkişafımızın hədəfləridir".V. Rəhimzadə qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklərin təməlində Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi, insan kapitalı və digər çoxsaylı uğurlar dayanır: "Əvvəlki illərdə də Konstitusiyamıza bir sıra əlavə və dəyişikliklər olub. Bunun da nəticəsi göz önündədir. Hər əlavə və dəyişikliklərdən sonra ölkəmiz xeyli dərəcədə inkişaf edib, hüquqi baza mükəmməlləşib. Dünyanın əksər ölkələrində mütəmadi olaraq belə dəyişikliklər olur və bu, tamamilə normal bir haldır. Heç bir Konstitusiya mütləq dəyişkən və ya mütləq sabit kimi qəbul edilə bilməz. 1995-ci ildə qəbul olunmuş Konstitusiyamıza 2002 və 2009-cu illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. Sentyabrın 26-da isə Konstitusiyaya 3-cü əlavə və dəyişikliklərin edilməsi təklif olunub. Hər kəsi bu seçkilərdə fəal olub, gələcəyimizin inkişafına səs verməyə dəvət edirəm".Görüşdə çıxış edən seçicilər Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə dəstəklədiklərini və Səsvermə günü seçki məntəqələrinə gələrək mühüm prosesdə aktiv iştirak edəcəklərini deyiblər. Görüşdə həmçinin seçiciləri maraqlandıran suallar da cavablandırılıb.

sia.az

Digər xəbərlər