PDF Oxu

Siyasət

  • 16

Seçicilərlə görüşlər davam edir FOTOLAR

Seçicilərlə görüşlər davam edir FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Yevlaxda ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib. SİA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatının qərargahında keçirilən görüşü giriş sözü ilə YAP Yevlax şəhər təşkilatının Aparat rəhbəri Əli Quliyev gənclərə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. O bildirib ki, bu dəyişikliklər bütün ölkə vətəndaşlarının, xüsusən də gənclərin maraqlarına uyğundur.

Aparat rəhbəri ilk dəfə səs verəcək gəncləri fəal olmağa, sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.

Görüşdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir. O diqqətə çatdırıb ki, 26 sentyabrda keçiriləcək referendumda Konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunacaq. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. İlham Məmmədov vurğulayıb ki, referenduma çıxarılan məsələlərin hər biri milli maraqlarımıza uyğun olmaqla yanaşı bilavastə bizim hüquq və azadlığımızın mükəmməlləşməsinə xidmət edir. Buna görə də hər kəs bu Referendumda öz münasibətini bildirməlidir.

YAP Yevlax şəhər təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov ilk dəfə səs verən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər biz gənclərin gələcəyi üçün yeni imkanlar açır: "Biz bunu çox yaxşı dərk edərək gənclər olaraq həmrəy olub, təklif olunan dəyişikliklərə "hə" deyəcəyik". Ümumilikdə seçkilərdə fəal iştirak edəcəyik"

Görüşdə ilk dəfə səsverəcək gənclərdən Aslan Mirzəyev, Çəmən Bayramova, Maksud Süleymanlı və başqaları çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsi - Referendumda yaxından iştirak edəcəklərini və bu dəyişikliklərə hə deyəcəklərini bildiriblər.

Zaqatala rayonu

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Zaqatala rayonunda qadın seçicilərlə görüş keçirib. 200 nəfərin iştirak etdiyi tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, millət vəkili Kamilə Əliyeva, YAP Zaqatala rayon təşkilatınını Qadınlar şurasının sədri Vəfa Süleymanova iştirak edib.

Tədbiri açan (YAP) Zaqatala rayon təşkilatının sədri Habir Qurbanov iştirakçılara Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verərək bildirib ki, ölkəmizdə Referendumun keçirilməsi zərurətdən irəli gələn məsələdir: "Bu maddələr insan hüquq və azadlıqlarının qorunmasına, sahibkarlıq fəaliyyətinin inkişafına , Azərbaycan dövlətinin daha da inkişaf etməsinə, idarəçilik mexanizminin daha da təkmilləşməsinə xidmət edir. Bu baxımdan Zaqatala seçicilərini səsverməyə çağırıram. Hər biriniz aktiv olub referenduma hə deyək".

Görüşdə daha sonra çıxış edən YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Vəfa Süleymanova bildirib ki, təklif olunan əlavə və dəyişiklər gələcək inkişafımız üçün çox önəmlidir.

Millət vəkili Kamilə Əliyeva söyləyib ki, Azərbaycan gündən-günə inkişaf edir: "Biz bu inkişafın davamlı olması üçün Sentyabrın 26-da məntəqələrə gələrək Referendum Aktına hə deməliyik. Sentyabrın 26-da gələcək müqəddəratımız həll olunacaq. Biz bundan kənarda qala bilmərik".

Daha sonra görüş iştirakçıları çıxış ediblər. Onlar 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək bu dəyişikliklərin hər bir maddəsinə HƏ deyəcəklərini bildiriblər.

Kürdəmir rayonu

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Kürdəmir rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Şıxımlı kənd klubunun qarşısında seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıb, müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycanın müstəqillik atributlarından olan Konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sədaqətli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə möhtəşəm uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, ölkəmizin dünya miqyasında günü-gündən nüfuzu artır, regionlar sürətlə inkişaf edir, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir: "Məhz bu baxımdan Konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu dəyişikliklər Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, idarəçilik baxımından daha çevik qərarların qəbul olunmasına təkan verəcək mühüm bir sənəddir".

Ağali Kərimli Kürdəmir rayon seçicilərinin hər zaman fəal olduğunu və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda da məntəqələrə gələrək Azərbaycanın inkişafı naminə Konstitusiyada ediləcək dəyişikliklərə həmrəylikə "Hə" deməyə səsləyib.

Görüşdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Vüsal Hüseynov çıxış edərək Konstitusiyada əlavə və dəyişikliklərin edilməsi məqsədilə sentyabrın 26-da referendum keçirilməsinin günün və zamanın tələbi olduğunu qeyd edib. O, təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək, bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr verəcəyini, ümumxalq səsverməsi-Referendumda hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacibliyini vurğulayıb.

Çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodika Mərkəzinin direktor müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov söyləyib ki, Azərbaycanın 1995-ci ildə qəbul etdiyi Konstitusiyadan indiyədək Azərbaycan cəmiyyətinin keçdiyi böyük inkişaf yolundan və bu gün konstitusiyaya əlavə və dəyişiklik etmək zərurətinin labüdlüyündən danışıb: "Bütün seçkilərdə olduğu kimi bu dəfəki referendumda da vətəndaşlarımızı onlara yaradılan demokratik mühitdən istifadə edərək dövlətimizin inkişafı naminə səs verməyə çağırıram".

Çıxış edən kənd sakinləri vurğulayıblar ki, Prezident İlham Əliyevin bütün təşəbbüsləri xalq tərəfindən hər zaman dəstəklənir: "Əminəm ki, xalqımız bu dəfə də ölkə başçısının ətrafında sıx birləşib, bu siyasi kampaniyada həmrəylik nümayiş etdirərək seçki məntəqələrinə gəlib konstitusiyada edilən dəyişikliklərə "hə" deyəcək".

Referendumla əlaqədar "Yeni Azərbaycan" təşviqat qrupunun Şəki rayonunda seçicilərlə növbəti görüşü keçirilib. Kiçik Dəhnə 2 saylı orta məktəbin akt zalında baş tutan görüşdə 195 seçici iştirak edib.

Yığıncağı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Həsən Həsənov açaraq Azərbaycan seçicilərə Konstitusiyada nəzərdə tutulan müvafiq əlavələr və dəyişikliklərlə bağlı izahat verib. O deyib ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir: Referenduma çıxarılan məsələlərin hər biri milli maraqlarımıza uyğun olmaqla yanaşı bilavastə bizim hüquq və azadlığımızın mükəmməlləşməsinə xidmət edir. Bu baxımdan bütün seçiciləri Referendum Aktına səsverməyə səsləyirəm".

Daha sonra çıxış edən təşviqat qrupu üzvü Sədrəddin Babayev söyləyib ki, onstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir: "Bundan başqa sənəddə yer alan müddəalar daha səmərəli və çevik idarəçilik sisteminin formalaşmasına yol açacaq".

Daha sonra təşviqat qrupunun digər üzvü Nuralı Çələbiyev çıxış edərək Konstitusiyaya əlavə və dəyişiklərin əhəmiyyətindən söz açıb.

Sonda Şəki seçiciləri 26 sentyabrda seçki məntəqələrinə gəlib ölkənin inkişafı naminə səs verəcəklərini qeyd ediblər. Görüşdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı seçiciləri maraqlandıran suallar cavablandırılıb.

Abşeron rayonu

26 sentyabr ümumxalq səsverməsi (referendum) ilə bağlı "Yeni Azərbaycan" təşviqat qrupu Abşeron rayonunda təbliğat kampaniyası çərçivəsində ilk dəfə səs verən gənc seçicilərlə görüş keçirib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Abşeron rayon şöbəsinin sədri Bilman Vəliyev keçiriləcək referendumla bağlı Abşeron rayonunda fəal təbliğat işlərinin qurulduğunu bildirib. "Yeni Azərbaycan" təşviqat qrupunun "HƏMRƏY OLAQ, HƏ DEYƏK!" devizi ilə təbliğat kampaniyasına start verdiyini bildirən B.Vəliyev referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını deyib.

Sonra Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov Konstitusiyaya əlavə və dəyişiklər barədə gənclərə ətraflı məlumat verərək bildiriblər ki, Konstitusiya dəyişiklikləri ölkəmizin inkişaf strategiyasının daha da effektivliyini təmin edəcək. Təklif edilən əlavə və dəyişikliklərdə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırıla bilməsi ilə bağlı məqamlar yer alır.

Tədbirdə çıxış edən Abşeron gəncləri sentyabrın 26-da referendumda iştirak edəcəklərini və təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verəcəklərini bildiriblər.

Digər xəbərlər