YAP Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə "Gələcəyin gənc diplomatları üçün natiqlik təlimi" adlı layihənin növbəti təlimi keçirilmişdir.
Təlim zamanı iştirakçılara səlis nitqin aşılanması, diplomatın düzgün danışıq və ünsiyyət qabiliyyəti, eləcə də diplomatik etiketlər, diplomatiyada protokol qaydaları və s. mövzularda mühazirə və müzakirələr aparılmışdır.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Nəzəri hissədən sonra praktik hissəyə keçid olmuşdur. Burada artıq iştirakçılar arasında, şərti olaraq, bir neçə şəxsin timsalında mühazirəyə uyğun- nəzəri olaraq tapşırıqlar həyata keçirilmişdir.
RƏFİQƏ