PDF Oxu

Siyasət

  • 32

Qaxda təbliğat və təşviqat tədbiri keçirilib

Qaxda təbliğat və təşviqat tədbiri keçirilib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi ilə əlaqədar təbliğat və təşviqat kampaniyası çərçivəsində Qax rayonunda seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının sədri Nizami Əhmədov qeyd edib ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda Azərbaycan Respublikasının Konstitusiyasına 29 maddədə əlavə və dəyişikliklər nəzərdə tutulur: "Son 5 ildə Azərbaycanda qazanılan uğurlar, əldə olunan nailiyyətlər, həyata keçirilən iri miqyaslı layihələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici və daxili siyasət, demokratiya sahəsindəki uğurlarımız təklif olunan əlavə və dəyişiklikləri labüd edib. Bu baxımdan hər kəsi gələcəyimiz naminə səsverməyə dəvət edirəm".Görüşdə Milli Məclisin deputatı Azər Kərimli seçicilər qarşısında çıxış edərək Konstitusiyamızda nəzərdə tutulan dəyişikliklər barədə geniş məlumat verib. O qeyd edib ki, ümumxalq səsverməsi- referenduma çıxarılan məsələlər xalqımızın hüquq və azadlıqlarının qorunmasına, dövlət strukturlarının daha səmərəli idarə olunmasına, ümumilikdə Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının mənafeyinə xidmət edəcək: "Əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı səs vermə günü seçki məntəqələrinə gedərək öz dövlətinin inkişafına xidmət edən Referendum Aktı dəstəkləyəcək".Görüşdə çıxış edən seçicilər bildiriblər ki, onlar hər seçkidə olduğu kimi bu referendumda da dövlətimizin işıqlı gələcəyinə səs verəcəklər.Sonda təbliğat-təşviqat qrupunun üzvləri seçiciləri maraqlandıran sualları cavablandırıblar.

sia.az

Digər xəbərlər