PDF Oxu

Siyasət

  • 22

Seçicilər Referendum Aktına "HƏ" deyirlər FOTOLAR

Seçicilər Referendum Aktına "HƏ" deyirlər FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi ilə əlaqədar təbliğat və təşviqat kampaniyası çərçivəsində Qax rayonunda seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının sədri Nizami Əhmədov qeyd edib ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda Azərbaycan Respublikasının Konstitusiyasına 29 maddədə əlavə və dəyişikliklər nəzərdə tutulur: "Son 5 ildə Azərbaycanda qazanılan uğurlar, əldə olunan nailiyyətlər, həyata keçirilən iri miqyaslı layihələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici və daxili siyasət, demokratiya sahəsindəki uğurlarımız təklif olunan əlavə və dəyişiklikləri labüd edib. Bu baxımdan hər kəsi gələcəyimiz naminə səsverməyə dəvət edirəm".

Görüşdə Milli Məclisin deputatı Azər Kərimli seçicilər qarşısında çıxış edərək Konstitusiyamızda nəzərdə tutulan dəyişikliklər barədə geniş məlumat verib. O qeyd edib ki, ümumxalq səsverməsi- referenduma çıxarılan məsələlər xalqımızın hüquq və azadlıqlarının qorunmasına, dövlət strukturlarının daha səmərəli idarə olunmasına, ümumilikdə Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının mənafeyinə xidmət edəcək: "Əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı səs vermə günü seçki məntəqələrinə gedərək öz dövlətinin inkişafına xidmət edən Referendum Aktı dəstəkləyəcək".

Görüşdə çıxış edən seçicilər bildiriblər ki, onlar hər seçkidə olduğu kimi bu referendumda da dövlətimizin işıqlı gələcəyinə səs verəcəklər.

Sonda təbliğat-təşviqat qrupunun üzvləri seçiciləri maraqlandıran sualları cavablandırıblar.

Zaqatala rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Zaqatala rayon şöbəsi rayonun Muxax kəndində seçicilərlə görüş keçirib. Kənd stadionunda baş tutan görüşə 500 seçici qatılıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, millət vəkili Kamilə Əliyeva, YAP Zaqatala rayon təşkilatınının Qadınlar Şurasının sədri Vəfa Süleymanova, YAP Zaqatala rayon təşkilatının Aparat rəhbəri Ramin Həsənov, Zaqatala Rayon Mərkəzi Xəstəxananın həkimi Rövşən Əhmədov iştirak edib.

Seçiciləri salamlayan Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi-Referendumla əlaqədar nəzərdə tutulan dəyişikliklərlə bağlı geniş məlumat verib. O bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər zərurətdən yaranıb: "Orada nəzərdə tutulan bütün müddəlar insan hüquq və azadlıqlarının qorunmasına, sahibkarlıq fəaliyyətinin inkişafına, Azərbaycan dövlətinin daha da inkişaf etməsinə, idarəçilik mexanizminin daha da təkmilləşməsinə xidmət edir. Hesab edirəm ki, dəyərli seçicilərimiz bu məqamları nəzərə alaraq səsvermə günü aktiv olub öz gələcək inkişafına hə deyəcək".

Çıxış edən millət vəkili Kamilə Əliyeva Referendum Aktının əhəmiyyətindən danışıb: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ölkəmizin inkişafı ilə yanaşı, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edəcək. Xalqımız dövlətimizin inkişafı ilə yanaşı, öz işıqlı gələcəyinə səs verəcək. Hər kəsi sentyabrın 26-da səsverməyə dəvət edirəm".

Daha sonra YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Vəfa Süleymanova, YAP Zaqatala rayon təşkilatının Aparat rəhbəri Ramin Həsənov, Zaqatala RMX-nın həkimi Rövşən Əhmədov çıxış edərək təklif olunan əlavə və dəyişiklərin ölkəmizin gələcək inkişafına təsirindən söz açıblar.

Sonda çıxış edən Muxax kəndinin ziyalıları və ağsaqqalları qeyd ediblər ki, onlar 26 sentyabr tarixində kütləvi şəkildə seçki məntəqələrinə gedərək təklif olunan bu dəyişikliklərin hər bir maddəsinə hə deyəcəklər.

Xəzər rayonu

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Xəzər rayon şöbəsi sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı təbliğat kampaniyası çərçivəsində dünən rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupu Xəzər rayon şöbəsinin sədri Namiq Əhmədov referenduma çıxarılan əlavə və dəyişikliklər barədə seçicilərə məlumat verərək bildirib ki, Referendum Aktı layihəsində 29 maddəyə əlavə və dəyişiklik nəzərdə tutulub: "Belə ki, 23 maddədə müəyyən dəyişikliyin edilməsi, 6 maddənin isə əlavə olunması təklif olunub. Nəzərdə tutulan bu əlavə və dəyişikliklər demokratiyanın daha da inkişaf etdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə və eləcə də gənclərin daha fəal olmasına hesablanan müsbət addım kimi dəyərləndirilməlidir".

N.Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatları, o cümlədən də Xəzər rayon təşkilatı 26 sentyabr referendumu ilə bağlı təbliğat işlərində olduqca yüksək fəallıq nümayiş etdirirlər. "Həmrəy olaq, hə deyək"şüarı altında birləşən "Yeni Azərbaycan" təşviqat qrupunun hər bir üzvü üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır".

Azərbaycan Konstitusiyasının 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını diqqətə çatdıran natiq bildirib ki, dövr dəyişdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranır: "Dünyada siyasi, iqtisadi proseslər o qədər sürətlə dəyişir ki, bu da ölkəmizə təsirsiz ötüşmür. Bu gün Azərbaycan istər siyasi, istərsə də iqtisadi cəhətdən inkişafdadır. Ölkənin bütün sahələrində əsaslı şəkildə aparılan islahatlar bunu deməyə əsas verir. Bu mənada, zərurətdən irəli gələrək Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi labüd hesab olunur. İnanıram ki, ümumxalq səsverməsində Azərbaycan vətəndaşları dəyişikliyə, yeniliyə "hə" deyəcəklər".

Çıxış edən YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva qeyd edib ki, Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyi şübhəsizdir: "Ona görə də əminliklə söyləyirəm ki, Ulu Öndərin siyasi kursuna hər zaman sədaqətlik nümayiş etdirən Xəzər rayon seçiciləri bütün seçkilərdə olduğu kimi, referendumda da aktivlik nümayiş etdirərək təklif olunan layihənin lehinə səs verəcəklər. Çünki bu dəyişikliklərin hamısı Azərbaycanın gələcək inkişafının, əhalisinin yaşayış səviyyəsinin daha da yüksəlməsinin təminatçısına çevrilə bilər. 26 sentyabr referendum seçkilərində bir olaq, həmrəy olaq, inkişafa, tərəqqiyə "hə" deyək!".

Xəzər rayon 149 saylı orta məktəbin direktoru Rəhilə Baxşıyeva və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov çıxış edərək Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin zamanın tələbi olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qoşulduğu konvensiyalar, həyata keçirdiyi regional layihələr dövlətin Ana Qanununda müəyyən dəyişikliklərin edilməsini vacib edir: "Həyat yerində durmur. İnsanlar, cəmiyyətlər dəyişir ki, bu da yeni meyarlar ortaya çıxarır. Təhsil işçiləri olaraq hesab edirik ki, Referendum Aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin hamısı yeni islahatlara gətirib çıxaracaq, dövlət başçısının həyata keçirdiyi inkişaf proqramları daha çevik, daha effektli şəkildə həyata keçiriləcək".

Milli Məclisin deputatı Rauf Əliyev isə öz çıxışında vurğulayıb ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlət təhlükəsizliyinin təminatında, sabitliyin qorunmasında müstəsna rol oynayacaqdır: "Referendum Aktı layihəsində təhlükəsizlik məsələlərinin yer alması onu deməyə əsas verir ki, dövlətimizin təhlükəsizliyi prioritet məsələlərdəndir. Bundan başqa ölkədə birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin təsis edilməsi də olduqca vacibdir".

Deputat onu da qeyd edib ki, əvvəlki illərdə-2002-2009-cu illərdə də Konstitusiyamızda bir sıra əlavə və dəyişikliklər olub: "Onun isə nəticəsi göz önündədir. Görün ölkədə nə qədər sosial, iqtisadi layihələr həyata keçirilib. Hər sahədə inkişaf nəzərə çarpır. Bu baxımdan da hesab edirəm ki, inkişaf yenilik tələb edir və bu da özünü dövlətin əsas qanunlarında öz əksini tapmalıdır. Əgər hər hansı bir dövlətin konstitusiyasında dəyişiklik edilirsə, demək inkişafdan irəli gəlir. Mən hər bir seçicini bu seçkilərdə fəal iştirak etməyə, məntəqələrə gedərək öz səslərini verməyə çağırıram. Yeniləşən və daim inkişaf edən Azərbaycan naminə öz sözümüzü, öz gücümüzü seçki günü göstərək".

Çıxışların sonunda seçicilərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər