PDF Oxu

Siyasət

  • 22

Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında film Torontoda nümayiş etdiriləcək

Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında film Torontoda nümayiş etdiriləcək

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film 2017-ci ildə Kanadanın ikinci böyük şəhəri Torontoda ekranlara çıxarılacaq. Bu barədə Rusiyanın "RİA Novosti" agentliyinə filmin prodüseri İqor Lopatenko məlumat verib.

İ.Lapotenko deyib: "Torontoda çox maraqlı taleyi olan bir insan - Heydər Əliyev haqqında film təqdim edəcəyik. Çəkilişlər artıq başa çatıb, hazırda montaj işləri aparılır. Film 2017-ci ildə ekranlara çıxacaq".

Xatırladaq ki, İqor Lopatenko tanınmış prodüserdir. O, Ukrayna Prodüserlər Gildiyası Rəyasət Heyətinin, Fransa Kino Xadimləri Təşkilatının, Avropa Müstəqil Prodüserlər Gildiyasının üzvüdür.

yap.org.az

Digər xəbərlər