PDF Oxu

Siyasət

  • 25

Seçicilər referendumda həmrəylik nümayiş etdirəcəklər

Seçicilər referendumda həmrəylik nümayiş etdirəcəklər

"Yeni Azərbaycan" təşviqat qrupunun Ağdaş rayon şöbəsi Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Nehrəxəlil kəndində seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov 26 sentyabra təyin olunan Referendum və bu Referendumda Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər haqqında seçicilərə geniş məlumat verib. O bildirib ki, təklif olunan əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir: "Seçiciləri xalqımız, eləcə də dövlətçiliyimizin inkişafına istiqamətlənən Referendum Aktına səs verməyə çağırıram".Tədbirdə şıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun üzvü, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva ağdaşlı qadınların bütün siyasi kampaniyalarda hər zaman fəal olmasını qeyd edərək bildirib ki, qadınlarımız sentyabr ayının 26-da keçiriləcək referendumda da öz sözlərini deyəcəklər."Yeni Azərbaycan" təşviqat qrupunun üzvü, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Leyla Bayramova çıxışında respublikamızda, eləcə də rayonumuzda gənclərə göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, ağdaşlı gənclər hər zaman olduğu kimi bu siyasi kampaniyada da möhtərəm prezidentimiz ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirəcəklər.Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov çıxış edərək Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəlməsini qeyd etməklə yanaşı, Referendum Aktı layihəsinə əsasən ediləcək düzəliş və əlavələrin əsasən iki qrupu - insan hüquq və azadlıqlarını, eyni zamanda idarəetmə strukturunun təkmilləşdirilməsini əhatə edən maddələrdən ibarət olduğunu seçicilərin diqqətinə çatdırdı. Millət vəkili nəzərdə tutulan düzəliş və əlavələr barədə maddə-maddə təhlili izahat verdi.Seçicilər adından çıxış edənlər - Əli Məmmədov, Məmmədsöyün Rüstəmov, Sədaqət Şavəddinova, Baxış Baxışov və Pərvin Rəhimov Konstitusiyaya təklif onunan əlavə və dəyişiklikləri bəyənərək dəstəklədiklərini və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində yekdilliklə yaxından iştirak edəcəklərini qeyd ediblər. Çıxış edənlər onu da vurğulayıblar ki, ağdaşlılar hər zaman dövlətə, dövlətçiliyə sadiq insanlar olublar və bundan sonra da sadiq olacaq, sentyabrın 26-da keçiriləcək Referendumda həmrəylik nümayiş etdirərək, referenduma HƏ deyəcəklər.

yap.org.az

Digər xəbərlər