PDF Oxu

Siyasət

  • 19

Seçicilərlə görüş keçirilib FOTOLAR

Seçicilərlə görüş keçirilib FOTOLAR

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Tovuz rayon şöbəsi rayonun Qaraxanlı kəndində seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşə qonşu Xatınlı, Qədirli, Cilovdarlı, Aşağı Mülkülü, Əlimardanlı və Hunanlar kəndlərindən olan nümayəndələr də qatılıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov bildirib ki, ölkəmizdə Referendumun keçirilməsini zəruri edən amilləri var. O qeyd edib ki, Referendum Akti layihəsində Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər biri dövlətimizlə yanaşı, cəmiyyətimizə və vətəndaşlarımıza böyük faydalar gətirəcək: "Təklif olunan əlavə və dəyşiklikləri son illər ölkəmizdə aparılan siyası və iqtisadi islahatların davamıdır. Sənəddə yer alan bütün müddəalar dövlət idarəçiliyinin təkmilləşməsi, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçən islahatların dərinləşməsinə və səmərəliliyinin təmin olunmasına yönəlib. Hörmətli seçicilər biz uğurlu gələcəyimiz naminə səsvermə günü fəal olub, Referendum Aktına "Hə" deməliyik.

Daha sonra çıxış edən Bakı Dövlət Universiteti Qazax filialının dosenti Məmməd Yusifov, təşviqat qrupunun üzvləri Mücaməddin Axundov, Səyyad Yusifov təklif olunan əlavə dəyişikliklərin ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyət kəsb etdiklərini bildiriblər. Natiqlər rayon seçicilərini sözgedən sənədə səs verməyə dəvət ediblər.

Çıxış edən seçicilər Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəklədiklərini qeyd edərək sentyabrın 26- da seçki məntəqələrinə gedərək bunu bir daha nümayiş etdirəcəklərini və Referendum Aktna "Hə" deyəcəklərini bəyan ediblər.

İsmayıllı rayonu

Bu gün referendum üzər "Yeni Azərbaycan" təşəbbüs qrupu tərəfindən İsmayıllı rayonu Talıstan kəndində seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, ölkəmiz növbəti çox mühüm əhəmiyyət kəsb edən siyasi proses ərəfəsindədi: "Belə ki, sentyabrın 26-da ölkəmizdə əsas qanun - Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum keçiriləcək. Ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur. Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, bu dəyişikliyin qəbulu qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün vacib hüquqi bazanı formalaşdıracaq. Məlum olduğu kimi, regional və beynəlxalq səviyyələrdə bu qəbildən təhlükələrin mövcudluğu və getdikcə daha da artması sözügedən məsələlərin ölkəmizdə konstitusion norma olaraq Əsas Qanunda təsbit olunmasını zərurətə çevirmişdir. Bunun bir qədər də geniş izahına gəlincə, əgər bu günə qədər Ali Baş Komandan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olunacaq".

Ə. Vahabova vurğulayıb ki, Referendum Aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulub və burada söhbət vitse-prezidentlik institutunun yaradılmasından, həmçinin prezidentə əlavə səlahiyyətlərin verilməsindən gedir: "Bir sıra inkişaf etmiş xarici ölkələrdə bu kimi nümunələrə rast gəlinir. Belə ki, Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 6 yeni maddə (98, 103, 106,108, 110-cu və 146-cı maddələr) ilk növbədə dövlət strukturlarının optimal təkmilləşdirilməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi və son nəticədə yaxşı idarətmə mexanizmlərinin tələblərinə cavab verməsi mahiyyəti kəsb edir. Həmin dəyişikliklərə əsasən, ölkəmizin siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulmuşdur. Hər iki yüksək dövlət postuna təyinatın Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi konstitusion norma olaraq müəyyən edilmişdir. Əminəm ki, vitse-prezidentlik institutunun təsisi, prezidentlik institutunun gücləndirilməsi daha yüksək effektiv fəaliyyətə gətirib çıxaracaq ki, bu da həm milli təhlükəsizliyimizin əsasını yaradacaq, həm də inkişafımızı daha da sürətləndirəcək. Dünya təcrübəsindən məlumdur ki, bütün demokratik ölkələrdə Konstitusiya zamanı gəldikdə dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin nümunəsi əsas qanunların doqma olmadığını, onların dinamik olaraq dəyişilə bildiyini göstərir. Beləliklə, zaman keçdikcə ortaya yeni reallıqlar çıxır və bunlar da Konstitusiyada öz əksini tapmalıdır"

"Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər günün reallığı, günün tələbi, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir. Əslində bu, cəmiyyətdən gələn sosial sifarişlər və dövrün tələbləri nəzərə alınmaqla dəyişikliklərə gedilməsi həm zəruri, həm də faydalıdır. Təklif edilən dəyişikliklər öz məzmununa və mahiyyətinə görə dövlətin əsaslarının möhkəmləndirilməsi; vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsi və onların hüquqi çərçivəsinin, başqa sözlə desək, əhatə dairəsinin və hüdudlarının müəyyən edilməsi; ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi, yerli özünüidarənin məsuliyyətinin artırılmasından ibarətdir. İlk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir"- deyə, təşviqat qrupunun İsmayıllı rayon şöbəsinin sədri qeyd edib.

Natiq söyləyib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır və daha çevik idarəetmə sisteminin formalaşdırılmasına təkan verəcək: "Bununla da Azərbaycanın həyatında yeni mərhələ başlayacaq, biz gələcəkdə Azərbaycanda daha optimal, effektiv idarə etmənin şahidi olacaq, həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatının şahidi olacağıq.Ümidvarıq ki, İsmayıllı seçiciləri bu islahatlara səs verəcək".

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin dekanı, hüquq elmləri doktoru Əmir Əliyev bildirib ki, son 25 ildə həyata keçirilən məqsədyönlü strategiya nəticəsində Azərbaycan müstəqil siyasət yürütməyə qabil, dayanıqlı iqtisadi sistemə malik, müasir, özünü təmin edən, dinamik inkişaf yolu ilə inamla irəliləyən və beynəlxalq birliyin layiqli üzvü olan nüfuzlu ölkəyə çevrilib: " Lakin son bir neçə ilin təcrübəsi göstərir ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə müəyyən edilmiş dövlət və iqtisadi idarəetmə mexanizmləri ölkənin hazırkı inkişaf səviyyəsində çevik qərarların qəbul olunmasını və onların səmərəli icrasını, optimal idarəetməni təmin etmək, habelə bürokratiya və digər mənfi halları daha qətiyyətlə aradan qaldırmaq məqsədilə təkmilləşdirilməlidir. Azərbaycan Konstitusiyasına təklif edilən bir sıra dəyişikliklər səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsini nəzərdə tutur.Konstitusiyaya təklif olunan dəyişikliklər son illərdə siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir. Bu təşəbbüs dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçirilən islahatların dərinləşməsinə və səmərəliliyinin təmin olunmasına yönəlmişdir"

Hüquq elmləri doktoru, professor Əfsər Sadıqov isə çıxışında qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklərdə yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu çevik və səmərəli idarəçiliyin təmin edilməsi üçün əlverişli mexanizm kimi beynəlxalq təcrübədə də özünü doğruldub: " Vitse-prezident vəzifələrinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin təkmilləşdirilməsini, onun müasir çağırışlara adekvatlığını, fors-major vəziyyətlərdə dövlət idarəçiliyi mexanizminin optimal funksionallığını təmin etmək məqsədindən irəli gəlir, iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edir. Həmçinin yeni institutun formalaşdırılması ilə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra mexanizmi dəqiqləşir. Prezidentlik müddətinin 5 ildən 7 il müddətinə artırılması 5 ildə 3 seçki (prezident, parlament, bələdiyyə) keçirilən Azərbaycanda gərgin seçki prosesinin intensivliyinin azaldılması, vətəndaşların təkcə siyasi deyil, həm də iqtisadi, sosial, humanitar və digər sahələrdə fəallığına şərait yaradılması, əlavə büdcə xərclərinə qənaət edilməsi məqsədi daşıyır. Digər tərəfdən, bunun bəyan olunmuş islahatlar kursuna, gələcək üçün nəzərdə tutulmuş strateji vəzifələrin, iqtisadi inkişaf və sosial rifah proqramlarının vaxtında və tam həcmdə icrasına təminat verəcəyinə əminlik vardır. Bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 6-7 il müəyyən olunub. Hazırda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi islahatların davamlılığını təmin etmək və bu sahədə qəbul olunmuş qərarların tam həcmdə icrasını həyata keçirmək üçün optimal idarəçilik mexanizmi kimi ayrı-ayrı ölkələrin təcrübəsində öz həyatiliyini təsdiq edib. Bundan başqa, dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir. Tənzimləmənin konkret məqsədi aydınlaşır və həmin məqsədə xidmət etməyən bu və ya digər qaydalar lazımsız hesab edilir. Eyni zamanda, xüsusi mülkiyyətin sosial funksiyaları vurğulanır, onun cəmiyyətə ziyan vurmaq imkanları məhdudlaşdırılır. Təklif edilən dəyişikliklər vətəndaşların, o cümlədən sahibkarların dövlət məmurlarının özbaşınalıq, qanuna zidd davranışlarından qorunmasına əlavə təminat yaradır. Dəyişikliklər qəbul edildikdə, bu maddəyə əlavələr digər qanunlarda da inkişaf etdiriləcəkdir. Həmçinin bələdiyyələrin və onların vəzifəli şəxslərinin vətəndaşlar qarşısında məsuliyyəti artırılacaq.

Tədbirdə çıxış edən rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, seçicilər Aydın Əzizov, İradə Nağıyeva, Əkrəm Əhmədov, Ağalar Bədəlov və digərləri bildirdilər ki, təklif edilən dəyişikliklər öz məzmununa və mahiyyətinə görə dövlətin əsaslarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsi və onların hüquqi çərçivəsinin, başqa sözlə desək, əhatə dairəsinin və hüdudlarının müəyyən edilməsi, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi, yerli özünüidarənin məsuliyyətinin artırılmasından ibarətdir.

Onlar çıxışlarında 26 sentyabr 2016-cı il tarixində həmrəylik nümayiş etdirərək seçki məntəqələrinə gəlib, Konstitusiyaya edilən əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək "hə" deyəcəklərini qeyd ediblər.

Digər xəbərlər