PDF Oxu

Siyasət

  • 9

"Kaspi" təhsil şirkəti mətbuat nümayəndələri ilə görüşüb

"Kaspi" təhsil şirkəti mətbuat nümayəndələri ilə görüşüb

"Kaspi" Abituriyent kursları bu il də qəbul imtahanlarından üzüağ çıxdı

Bu gün "Kaspi" təhsil şirkətinin rəhbərliyi mətbuat nümayəndələri ilə hesabat xarakterli görüş keçirib. SİA-nın məluamtına görə, Kaspi Abituriyent kurslarında hazırlaşmış abituriyentlərin TQDK - nın qəbul imtahanlarındakı nəticələrini bölüşmək üçün təşkil olunmuş görüşdə, media nümayəndələrindən başqa, yüksək bal toplamış bir sıra keçmiş abituriyentlər-indiki tələbələr, həmçinin onların valideynləri iştirak ediblər."Kaspi" təhsil şirkətinin təsisçisi Sona Vəliyeva qeyd edib ki, keçən illərdə olduğu kimi, bu il də Kaspi kurslarında təhsil almış abituriyentlərimiz qəbul imtahanlarında yüksək bal toplamış, həm özlərini, həm də bizi fərhələndiriblər: "Biz Ulu Öndər Heydər Əliyevin Biz neft kapitalını insan kapitalına çevirməliyik!" şüarını əlimizdə rəhbər tutaraq, bu istiqamətdə daima yorulmadan müvafiq işlər görürürük".0, fəxrlə bildirib ki, Kaspi Abituriyent kurslarında təhsil almış abituriyentlərin sayəsində mərkəzin 2015/2016-cı tədris ilinin qəbul göstəriciləri çox yüksək olmuşdur: "Bu il, bu tədris ocağında hazırlaşan şagirdlərdən 25%-i 600-dən yuxarı, 40 %-i 500 dən yuxarı bal toplamış, orta bal göstəricisi isə 450-dən yuxarı olmuşdur; bu statistika "şagird, valideyn və müəllim" üçlüyünün mütəmadi olaraq qarşılıqlı ünsiyyətdə olması, şagirdin real bilik səviyyəsi haqqında həm özünün, həm də onun valideyninin dəqiq məlumatlandırılmasının nəticəsində mümkün olub"."Kaspi" təhsil şirkətinin direktoru Elnur Əliyev öz çıxışında şirkətin vətəndaşlarımıza daima ən yüksək səviyyədə xidmət göstərməyə çalışdıqlarını, həmçinin onlara ərazi baxımından yaxın olmağa çalışdıqlarını qeyd edib, hətta bunun üçün yeni Nəsimi filialının açılması xəbərini də verib.Konfransda o da bildirilib ki, universitetə qədər təhsilin bütün mərhələlərini əhatə etməyə çalışan Kaspi bu işi sistemli və kompleks şəkildə idarə edir, kəmiyyətlə yanaşı keyfiyyəti də yuxarıda tutmağa çalışır. Hətta bunun üçün filiallarda və digər mərkəzlərdə mütəmadi yoxlamalar aparılır, qiymətləndirmələr həyata keçirilir.Tədbirə dəvət olunan valideynlər də çıxış etmiş, öz sevinclərini bölüşüb, övladlarının uğur qazanmalarında əməyi keçənlərə öz minnətdarlıqlarını bildiriblər.Sonda yüksək bal toplamış abituriyentlərə şirkət adından müxtəlif hədiyyələr təqdim olunub.

sia.az

Digər xəbərlər