"Ermənistanda vəziyyət həqiqətən də günü-gündən pisləşməyə doğru gedir və bu yaxınlarda orada çox ciddi hadisələrin baş verməsi gözləniləndir. Artıq, cinayətkar Serj Sarkisyan da öz hakimiyyətinin ömrünün uzatmaq üçün istənilən addımı atır və sentyabrın 13-də Ermənistan parlamentində hökuməti və müxalifəti təmsil edən bir sıra siyasi qüvvələrin ölkədə seçkilərin təşkili və keçirilməsi üzrə saziş imzalaması da dediklərimizə əyani sübutdur. O həm bərk narahatdır, həm də qorxu içindədir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, təsadüfi deyil ki, onun ünvanına açıq şəkildə hədələr səsləndirilir: "Ona müxalif qüvvələr parlament binasını və prezident iqamətgahı ələ keçirəcəklərini bəyan edirlər. Bütün bu baş verənlərin Qarabağ məsələsi ilə də birbaşa əlaqəsi var. Ortada çox güclü oyun oynalınır və bu oyunun vaxtını və nəticəsini öz xeyrinə başa vurmaq üçün çoxgedişli, ermənilərə və havadarlarına xas olan müxtəlif addımlar atılır. Baş nazir istefaya göndərildi, ola bilsin günün sonuna müdafiə naziri də yeni bir şəxs olsun. Bir sözlə, Qarabağ məsələsində bir balaca Azərbaycanın xeyrinə ola biləcək addımlardan söhbət gedən kimi, ermənilərin "qızdırmaları qalxır".Ola bilsin ki, bu arada qoşunların təmas xətti boyunca cəbhə bölgəsində də çox ciddi təxribatlar ermənilər tərəfindən törədilsin.Biz buna hərtərəfli hazır və son dərəcə diqqətli olmalıyıq. Düşmənin məkrli planları çoxdur".
sia.az