PDF Oxu

Siyasət

  • 24

Vasif Əfəndi: “Müxalif ətin mitinq gözləntiləri özünü doğrultmadı” AÇIQLAMA

Vasif Əfəndi: “Müxalif ətin mitinq gözləntiləri özünü doğrultmadı” AÇIQLAMA

"Referendumu yaxınlaşdıqca Azərbaycan ictimaiyyəti bu tədbirə daha diqqətli yanaşmağa başlayıb. Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan dəyişikliklərə etiraz edən müxalifət bu günlərdə öz etiraz mitinqlərini keçirdilər". Bunu SİA-ya Vəhdət Partiyası sədrinin ümumi əlaqələr üzrə müavini Vasif Əfəndi deyib.Onun sözlərinə görə, bütün demokratik cəmiyyətlərdə olduğu kimi, müxalifətə çıxış etmək və etirazını bildirməklə yanaşı tərəfdar toplamaq haqqı verildi: "Ölkədə sərbəst toplaşmaq hüquqlarından yararlanan müxalifət öz əks arqumentlərini bildirsələr də, mitinqin azsaylı olması bu təşəbbüsün dəstəklənmədiyi anlamına gəldi.Əgər Azərbaycan xalqının böyük çoxluğu bugünkü vəziyyətindən narazı olmuş olsaydı, o zaman hakimiyyətin yaratdığı sərbəst toplaşmaq haqqından istifadə edərək öz etrazlarını bildirərdilər. Əgər bu baş verməyibsə, demək Azərbayan xalqı referendumda təklif edilən dəyilşikliklərlə yanaşı ictimai, siyasi və iqtisadi durumla razıdır".

sia.az

Digər xəbərlər