PDF Oxu

Siyasət

  • 31

Varujan Oktanyan: “Bataqlıq bizim daimi yaşayış yerimiz olacaq”

Varujan Oktanyan: “Bataqlıq bizim daimi yaşayış yerimiz olacaq”

Ermənistan iqtidarındakı dəyişikliklər özündə heç bir uğuru əks etdirmir. SİA xəbər verir ki, bu barədə 1in.am saytına "Transparency International" təşkilatının ölkəsi üzrə rəhbəri Varujan Oktanyan deyib. Onun fikrincə, siyasi iradə ilə yanaşı ikinci əsas məsələ kimi korrupsiya ilə uğurlu mübarizə, iqtisadi modelin dəyişdirilməsi istiqamətində addımlar atılmalıdır. Belə ki, bütün bunlar eks-baş nazir Ovik Abraamyanın vaxtında da mövcud olub."Ovik Abraamyanın vaxtında mövcud olan və püxtələşən bu iqtisadi model, eləcə də siyasi sistem artıq kifayət qədər kök salıb, ona görə də bu kökü sındırmaq heç də asan məsələ deyil", - deyə qeyd edən Oktanyan həmçinin bildirib ki, oliqarxiyanın mövcudluğu və məhkəmələrin müstəqil olmaması da baş verənlərdə əsas rol oynayıb. "Transparency International" təmsilçisi bildirib ki, son üç ildə Ermənistandakı korrupsiya həcmi o qədər inkişaf edib ki, artıq bu faktor ümummilli təhlükəyə çevrilib: "Son 13 ildə biz ən "uğurlu" yerə sahib olmuşuq. Bu baxımdan, baş nazirin dəyişdirilməsi korrupsiyanın aradan qalxmasına heç bir müsbət təsir göstərməyəcək, bu inandırıcı görünmür. Ona görə də biz bu il də ötən ildə və ondan öncəki illərdəki mənzərələrə tamaşa etməli olacağıq". Varujan Oktanyan sonda deyib ki, Ermənistan digər sahələrlə yanaşı, iqtisadi sferada da bataqlığın dibinə çöküb: "Bataqlıq bizim daimi yaşayış yerimiz olacaq".

sia.az

Digər xəbərlər