PDF Oxu

Siyasət

  • 24

Hikmət Babaoğlu: “Hər iki təşkilat AXC-yə xəyanət üstündə qurulub” AÇIQLAMA

Hikmət Babaoğlu: “Hər iki təşkilat AXC-yə xəyanət üstündə qurulub” AÇIQLAMA

"Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycanda mitinqlərin keçirilməsini zəruri edən siyasi? yaxud ictimai-siyasi şərtlər yoxdur. Ölkəmizdə mühüm iqtisadi siyasi islahatlara hüquqi əsas yaradacaq Konstitusiya dəyişikləri və əlavələri referendum vasitəsilə qəbul ediləcək ki, bu da özlüyündə müvafiq hüquqi prosedur çərçivəsində siyasi aktivlik üçün zəmin yaradır. Yəni bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da istənilən siyasi partiya yaxud təşkilat Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müəyyən edilmiş qayadada təşviqat qrupu yaratmaqla bu prosesdə iştirak edə bilər və siyasi mövqeyini ifadə edə bilərdi". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu AXCP və Müsavatın mitinqinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, ancaq nə AXCP, nə də Milli Şura, deyilən və sadəcə adı olan oyuncaq təşkilat heç buna təşəbbüs də etmədi: "Yalnız antiazərbaycançı mərkəzlərdən siyasi sifariş aldıqdan sonra tez tələsik mitinq etmək niyətinə düşdülər və bu da fiaskoya uğradı. Əhali tərəfindən rədd edildi.Müsavat-AXCP münasibətlərinə gəldikdə isə bilmək lazımdır ki, hər iki təşkilat AXC-yə xəyanət üstündə qurulub və xəyanət etmək onlarda bir növ siyasi ənənədir. İndiki mərhələdə isə bu bir qədər də bariz görünür. Çünki Əli Kərimli direktiv aldığı antiazərbaycançı mərkəzlərə nümayiş etdirmək istəyir ki, yeganə real müxalifət guya ki, odur. Gələcəkdə yalnız ona stavka etmək olar, çünki Azərbaycanda yalnız o qeyri-stabillik yarada bilər. Bax, bu siyasi korluq və eqoizm də elə AXCP -ni Müsavatla düşmən edir. Ona görə də Azərbaycan xalqı hər iki təşkilatdan imtina edir".

sia.az

Digər xəbərlər