PDF Oxu

Siyasət

  • 35

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

CƏLİLABAD

Dünən sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat Qrupları birlikdə Cəlilabad rayonunun Alar kəndində təbliğat-təşviqat tədbirlər çərçivəsində seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açaraq, referendumla bağlı seçicilərə ətraflı məlumat verib: "Azərbaycanın yüksək sürətlə və hərtərəfli inkişaf etməsi, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, həmçinin, dünya birliyində gedən yeniləşmə dövlət idarəetməsində və cəmiyyətin həyatında, mütəmadi olaraq, yeni islahatları meydana çıxarır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respulikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respulikasının Referendum Aktının layihəsini geniş şəkildə cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı dövrdə daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlir".

Görüşdə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov "Azərbaycan Respublikasının Konstitisuyasında dəyişikliklər edimləsi haqqında" Referendum Aktı layihəsi barədə seçiciləri məlumatlandırıb. O, qeyd edib ki, Referendum Aktının layihəsinə əsasən, konstitusiyanın 23 maddəsində dəyişiklik, həmçinin, 6 yeni maddələrin əlavə edilməsi təklif olunubdur: "Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının daha da təkmilləşdirilməsi, məhkəmə-hüquq, ədliyyə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, siyasi-hüquqi və iqtisadi islahatların paralel şəkildə həyata keçirilməsi Konstitusiya İslahatlarının hansı zərurətdən irəli gəldiyini bir daha əyani şəkildə göstərir".

K.Kərəmov əminlik ifadə edib ki, cəlilabadlı seçicilər bütün əvvəlki seçkilərdə və referendumlarda olduğu kimi, bu il 26 sentyabrda keçiriləcək seçkilərdə daha fəal iştirak edəcək, referenduma "HƏ" deməklə, bununla da xalqımızın Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini nümayiş etdirəcəklər.

Tədbirdə Günəşli kənd 2 saylı orta məktəbin direktoru Kəramət Həsənov, Alar kəndindən ağsaqqal Nurəddin Kərimov, Alar kənd 2 saylı tam orta məktəbin müəllimi Həsənağa Əliyev, Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyev, rayon bələdiyyələrinin əlaqələndirmə şurasının sədri Baxış Mustafayev, Təzəkənd kəndindən ağsaqqal Sabir Həsənov, Alar kənd xəstəxanasının baş həkimi Əfrahim Hüseynov, Gülməmmədli kənd orta məktəbinin müəllimi Şahbaz Şahbazov, Alar kənd 1 saylı tam orta məktəbin direktoru Saməddin Kərimov və başqaları çıxış edərək, 26 sentyabr 2016-cı ildə referendumda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini və referenduma "HƏ" deyəcəklərini bildiriblər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər