PDF Oxu

Siyasət

  • 28

"Həmrəy olaq, HƏ deyək"

"Həmrəy olaq, HƏ deyək"

Binəqədi rayonu

Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında referendumla əlaqədar rayonun qadın fəalları ilə görüş keçirildi. Görüşdə rayon təşkilatının qadınlar şurasının üzvləri iştirak edirdilər.

Görüşü giriş sözü ilə açan rayon təşkilatının sədri Ramiz Göyüşov dünyada, xüsusilə, islam ölkələrində baş verən müharibələr, xaos, günahsız insanların qətlə yetirilməsi, dünya sivilizasiyalarının beşiyi sayılan İraq, Misir, Suriya və s. ölkələrin demokratiya adı altında məhv edildiyini bildirdi. Bütün bu proseslərin fonunda ölkə başçısı İlham Əliyevin düşünülmüş, müdrik və müstəqil siyasi strategiyası nəticəsində Azərbaycanın davamlı inkişafa nail olduğunu söylədi. R.Göyüşov konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin sosial tələb olduğunu və mövcud uğurların bariz nəticəsi kimi qiymətləndirdi. Rayon təşkilatının sədri, həmçinin, ölkəmizdə və Binəqədi rayonunda əldə edilən uğurlardan bəhs etdi. Konstitusiya islahatlarının milli maraqlara söykəndiyini və insanların gələcək rifahına hesablandığını bildirdi.

Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov ölkə konstitusiyasının yaranma tarixindən, o vaxtdan ötən müddət ərzində aparılan Konstitusiya İslahatlarından danışdı. Ölkəmizin sürətlə inkişaf etdiyini və qanunvericilik bazasına əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsi olduğunu qeyd etdi. Millət vəkili əlavə və dəyişikliklərin 15-nin, təqribən 60 faizinin insan hüquq və azadlıqlarının təminatına həsr edildiyini vurğulayaraq, bütün seçiciləri, fəal qadınları 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində fəal olmağa və Referendum Aktı layihəsinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən rayon qadınlar şurasının sədri Aytac Əliyeva və Nazənin Hüseynova bildirdi ki, konstitusiyaya əlavə və dəyişikliklər dövlət idarəçiliyinin daha da mökəmləndirilməsi, vətəndaşların layiqli həyat səviyyəsinin daha da yüksəldilməsinə, sosial məsuliyyətin artırılmasına, etnik, dini ayrıseçkiliyin bütün təzahülərinin aradan qaldırılmasına və s. hesablanıb.

Görüşün sonunda konstitusiyaya təklif edilən əlavə və dəyişiklərlə bağlı geniş müzakirələr aparıldı. Rayon təşkilatının qadınlar şurasının üzvü Məleykə Allahverənova tədbir iştirakçıları adından çıxış edərək, Referendum Aktı layihəsini və dövlət başçısı İlham Əliyevin siyasətini dəstəklədiklərini vurğuladı.

Suraxanı rayonu

Dünən 26 sentyabr 2016-cı il tarixində ölkəmizdə baş tutacaq referendumla əlaqədar "Yeni Azərbaycan" Təşviqat Qurupunun Syraxanı rayon şöbəsinin ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib. Tədbirdən öncə YAP Gənclər Birliyinin sifarişi ilə hazırlanmış, "Həmrəy olaq, HƏ deyək" adlı videoçarx təqdim olunub. Görüşü "Yeni Azərbaycan" Təşviqat Qurupunun Syraxanı rayon şöbəsinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov açaraq, sentyabrın 26-da keçiriləcək Referendum Aktı layihəsi barədə geniş və əhatəli məlumat verib: "Müstəqil, güclü və sarsılmaz ölkəmizin əsas amal və qayəsi olan bizlər hər zaman onun həyatında ilk sırada olmuşduq. Dövlətin əsas dayaqlarından olan gəncliyə isə olduqca böyük önəm verilmişdir. Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev öz çıxışlarında daima gəncliyə verilən dəyər və qiymətdən bəhs etmişdir".

V.Seyidov çıxışında onu da bildirmişdir ki, sentyabrın 26-da keçiriləcək referenduma hazırlıqla bağlı YAP Suraxanı rayon təşkilatı tərəfindən 61 nəfərdən ibarət təşəbbüs qrupu yaradılmış, onlardan 6 nəfəri "Yeni Azərbaycan" Təşviqat Qrupunun tərkibinə seçilmişlər. Həmin Təşviqat Qrupu tərəfindən imzatoplama kampaniyasını uğurla həyata keçirmişlər. Təşkilat sədri, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Suraxanı gənclərinin, ümumilikdə, rayon əhalisinin referendumda fəal olacaqlarına və məntəqlərə gələrək, referernduma çıxarılan məsələlərə "HƏ" deyəcəklərinə ümidvar olduğunu bildirib.

Görüşdə çıxış edən Milli Məclisin üzvü, rayon ağsaqqalı Ağacan Abıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov konstitsiyada nəzərdə tutulan əlavə və dəyişikliklərin zərurətdən yarandığını və bu dəyişikliklərin ölkəmizin daha da güclənməsinə, xalqımızın firavan, təhlükəsiz yaşanmasına xidmət edəcəyini bildirdilər. Çıxış edənlər seçiciləri fəal olmağa, referenduma "HƏ" deməyə dəvət etdulər.

Tədbirdə hüquqşünas Loğman Abdullayev, gənclər adından Bakı Dövlət Universiteti 1-ci kurs tələbəsi Azad Abıyev, Bakı Slavyan Universiteti 1-ci kurs tələbəsi Ülviyyə Mədətova, YAP Suraxanı rayon təşkilatı fəal gənclərindən Fərid Əliyev, Bayram Bəxtiyaroğlu, Nigar Orucova və digərləri çıxış edərək, ümumxalq səsvenəsində fəal iştirak edəcəklərini və gənclərini hamılıqla "Həmrəy olaq, HƏ deyək" devizini dəstəkləyəcəklərini bildirdilər.

ZÜMRÜD

Digər xəbərlər