"Aprel döyüşlərindən sonra Ermənistanın daxilində hökm sürən siyasi xaos göz qabağındadır. Tələblərin əsasını siyasi islahatlar çağırışları təşkil etsə də, vəziyyətin məhz bu aylarda alovlanmasının bir əsas səbəbi var. Bu da Azərbaycan ordusunun aprelin əvvəllərində erməni ictimaiyyətini qorxuya salmasıdır". BunuSİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, erməni müxalifəti və bəzi hərbi dairələri vəziyyətdən məharətlə istifadə etdilər: "Nəticədə Sarksyan müxalifətin bütün tələblərini yerinə yetirdi. Beləliklə, seçki siyahılarının yenilənməsi, səslərin sayılmasının videoçəkilişi kimi müddəalar hakimiyyət tərəfindən təmin olundu.Yeni hökumətin formalaşması isə onu göstərir ki, biz ideyaların deyil, ayrı – ayrı fiqurların yerdəyişməsinin şahidiyik. Bu isə o deməkdir ki, erməni cəmiyyəti əslində bu güzəştlərdən heç nə əldə etməyəcək. Biz faktiki olaraq ayrı – ayrı siyasi qrupların öz məqsədlərinə çataraq ağızlarının yumulmasının şahidi olacayıq. Beləliklə Ermənistanda tüğyan edən iqtisadi səfalət bundan sonra daha da şiddətlənəcək".
sia.az