"Əli Kərimlinin növbəti mitinqi planlaşdırması birbaşa Müsavat partiyasına zərbə vurmaq idi. Bu fakt onu göstərdi ki, Kərimli üçün əsas mitinq deyil, sadəcə, xarici təşkilatlardan refendum üçün aldığı maliyyə vəsaitini silmək istəyir. Adi bir məntiqdir. Hər kəs də bunu açıq şəkildə gördü. Mitinq üçün aldığı maliyyəni "silmək" istəyir". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, hər iki təşkilat cəmiyyətdə radikallığı ilə seçiliblər və bu günə, son illərdə keçirilən seçkilərdə Əli Kərimli - İsa Qəmbər birliyi olub: "Son prezident seçkilərində, 2013-cü ildə Milli Şurada birgə namizədlə iştirak ediblər. Belə bir vəziyyətdə indi nə mane oldu ki, Əli Kərimli Müsavatla birgə mitinq keçirtmək istəmir? Məqsəd daha çox insanları cəlb etməkdirsə, təbii ki, iki partiyanın birgə mitinqi daha geniş əhatəli olardı. Ancaq bütövlükdə, Əli Kərimlinin mitinqində iştirak edən insanların sayı göstərdi ki, cəmiyyətin, xalqın kütləvi dəstəyi olmadı. Mitinqə gələnlər, Milli Şuranın və Əli Kərimlinin partiya üzvləri, yaxın qohumları, mitinqin təhlükəsizliyini təmin edən polis və xüsusi xidmət orqanları, stadionun texniki işçiləri və stadionun ətrafında kiçik ticarətlə- tum satan, peraşkı və s. biznezlə məşqul olan isanları idi. Bütövlükdə bu adamların birgə mitinqi idi. Bu da üst-üstə bir neçə min adam deməkdir.Əli Kərimlinin mitinqində gözləndiyi kimi, kütləvi dəstək qazana bilmədi. Bunun səbəbi də Əli Kərimlinin cəmiyyət də, çox pis imicinin olmasıdır - öz lideri Əbülfəz Elçibəyi xəyanət edən, dostlarını satan. Bir sözlə, Əli Kərimli Azərbaycan siyasətinə xəyanət gətirən insandır. Bu gün də Kərimli öz ənənəsinə uyğun olaraq "facebook"a saxtakarlığı gətirib. Saxta profillərlə insanları təhqir , təhdid etmək, saxta profillərlə öznə like topladan Əli Kərimlidir".
sia.az