PDF Oxu

Siyasət

  • 13

Qusarda Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupu seçicilərlə görüş keçirib

Qusarda Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupu seçicilərlə görüş keçirib

Dünən Qusar rayonunda Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi rayon seçiciləri ilə növbəti görüş keçirib.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Rufiz Qonaqov konstitusiyaya ediləcək dəyişiklikləri zəruri edən amillər, onun vacibliyi və əhəmiyyəti barədə danışıb: "Dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq konstitusiyada əlavə və dəyişikliklər aparılır. Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya İslahatlarının aparılmasını zəruri edir. İnanıram ki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaq".

R.Qonaqov əminliklə qeyd edib ki, referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq və ölkəmizin daha da güclü olması üçün xalq 26 sentyabrda səsvermədə aktiv iştirak edəcək.

Görüş çıxış və müzakirələrlə davam etdirilib.

NƏZAKƏT

Digər xəbərlər