PDF Oxu

Siyasət

  • 28

Ağcabədi seçiciləri ilə daha bir görüş

Ağcabədi seçiciləri ilə daha bir görüş

Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu Ağcabədi şəhər seçiciləri ilə daha bir görüş keçirib. SİA-nın xəbərinə görə, Qarabağ Muğam Mərkəzində baş tutan görüşü Ağcabədi Bələdiyyəsinin sədri Mürşüd Məmmədov açaraq Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini vurğulayaraq, bu prosesin ölkənin inkişafı, dünya birliyinə inteqrasiyası ilə əlaqədar olduğunu diqqətə çatdırıb.Milli Məclisin deputatı Tahir Rzayev görüşdə çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri maddalər üzrə ətraflı təhlil edərək seçicilərə geniş məlumat verib.Yığıncaqda iştirak edən "Yeni Azərbaycan" qrupunun Ağcabədi rayon şöbəsinin sədr müavini Nazim Bünyatov çıxış edərək bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkənin milli təhlükəsizliyinin, sahibkarların hüquqlarının qorunmasına, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin olunmasına stimul yaradacaq. O, seçiciləri sentyabrın 26-da seçki məntəqələrinə gələrək referendumda əlavə və dəyişikliklərə səs verməyə çağırıb.Görüşdə Ağcabədi bələdiyyəsinin üzvləri Səadət Kazımova və Məhsəti Ağayeva çıxış edərək Konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklərin, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına, ölkənin sürətli inkişafına gətirib çıxaracaq müddəalar olduğunu qeyd edərək seçki günü seçiciləri seçki məntəqələrinə gələrək səsvermədə iştirak etməyə səsləyiblər.Salmanbəyli kənd bələdiyyəsinin sədri Fəxrəddin Qasımov çıxış edərək Konstitusiyaya əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini, ölkə vətəndaşların milli maraqlarının qorunmasına hesablandığını qeyd edib. O, Salmanbəyli seçiciləri adından bəyan edib ki, bələdiyyə ərazisində yaşayan bütün seçicilər sentyabrın 26-da siyasi iradə nümayiş etdirərək dəyişiklikləri dəstəkləyəcəklər.

sia.az

Digər xəbərlər