PDF Oxu

Siyasət

  • 13

Konstitusiya islahatları xalqımızın firavan gələcəyinə xidmət edir

Konstitusiya islahatları xalqımızın firavan gələcəyinə xidmət edir

Binəqədi rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Binəqədi rayon şöbəsi 9 mikrorayon, Həmzə Babaşov 5 ünvanında yerləşən mədəni-kütləvi tədbirlər evində seçicilərlə görüş keçirib. Görüşdə təşviqat qrupunun səlahiyətli nümayəndəsi, millət vəkili Eldar İbrahimov, Binəqədi rayon Təşkilatının sədri, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin rəhbəri Ramiz Göyüşov, partiya fəalları və seçicilər iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov 1991-ci ildə müstəqillik qazanmış ölkəmizin bu günədək uzun və şərəfli yol keçdiyini və ötən müddət ərzində çoxsaylı nailiyyətlər əldə etdiyini bildirib. O, Dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttinin uğurlu nəticələrindən biri kimi dövlətimizin və cəmiyyətimizin daima inkişaf etdiyini, Konstitusiya islahatlarının bu uğurların bariz nümunəsi olduğunu vurğulayıb: "Bildiyiniz kimi ölkəmizdə 2002, 2009-cu illərdə Konstitusiyamıza əlavə və dəyişikliklərin edilib. Bu islahatlar milli maraqlarımızın təminatına hesablanıb. Bu ilin 26 sentyabr tarixində ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlət və bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması, insanların hüquq və azadlıqlarının, ləyaqətinin qorunması istiqamətində mühüm addımdır".

Görüşdə çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Eldar İbrahimov 1993-cü ildə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın tarixindəki əvəzsiz xidmətlərindən danışıb: "1994-cü ildə atəşkəs, həmin ilin 20 sentyabrında "Əsrin müqaviləsi" imzalanıb və 1995-ci ilin 12 noyabrında isə ali qanunumuz olan ölkə Konstitusiyası qəbul edilib. Dahi şəxsiyyətin dövləti və milləti qarşısındakı xidmətləri misilsiz olub, onun əsasını qoyduğu uğurlu siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Millət vəkili bu ilin 26 sentyabrında keçiriləcək referendumla bağlı ətraflı izahat verərək, təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bölüşüb. O, vitse-prezidentlik institunun yaradılması, prezidentlik müddətinn 7 ilədək qaldırılması, xüsusi mülkiyyətdən səmərəli istifadə, sahibkarların, eləcə də ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha möhkəm qorunması məqsədilə nəzərdə tutulan islahatlardan danışıb.

Görüşdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun şöbə müdiri, alim Yusif Alıyev çıxış edərək son illər ərzində ölkəmizin bütün sahələr üzrə əldə etdiyi uğurlardan söz açıb. O bu uğurları müdrik və düşünülmüş siyasi strategiyanın nəticəsi adlandırdı: "Referenduma çıxarılan silahlı qüvvələrin daha da möhkəmləndirilməsi, vitse-prezidentlik institunun təsis edilməsi ilə bağlı müddəalar dövlətin idarə üsulunun daha da təhlükəsiz əsaslarla qurulmasına şərait yaradacaq".

Görüşdə çıxış edən sahibkar Arzuman Abdulkərimov da dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayğıdan bəhs edib. O, istifadəsiz torpaq sahələrindən səmərəli istifadə məqsədilə ölkə Konstitusiyasına xüsusi mülkiyyətin sosial öhdəliyə səbəb olması ilə əlaqədar təklif edilən əlavəni dəstəklədiyini bildirib.

Görüşdə seçiciləri maraqlandıran suallar cavablandırılıb.

Şamaxı rayonu

26 sentyabr 2016-cı il tarixə təyin olunmuş referendum ilə əlaqədar Referendum üzrə "Yeni Azərbaycan " təşviqat qrupunun Şamaxı rayon şöbəsi rayonun Göylək kəndində seçicilərlə görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, millət vəkili Ərəstun Cavadov, Prezident yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmlər doktoru professor İsaxan Vəliyev və digərləri iştirak ediblər.

Görüşdə ilk çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov seçiciləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, zərurət yarandıqda bütün dünya ölkələri öz Konstitusiyasına dəyişiklik edir: "Bu dəyişikliklər ölkəmizin inkişafından irəli gəlir. Azərbaycanın beynəlxalq aəmdə artan nüfuzu Konstitusiyaya dəyişiklik etmək üçün əzmin yaradır. Sözgedən sənəddə yer alan bütün müddəlar işıqlı gələcəyimizə hədəflənib. Biz daha da inkişaf edib, firavan yaşamaq istəyiriksə, bu dəyişikliklərə "HƏ" deməliyik".

Daha sonra çıxış edən millət vəkili Ərəstun Cavadov sentyabrın 26-da ölkəmizdə keçirilkəcək ümumxalq səsverməsinin dövlətimizin gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edəcəyini bildirib: "Referendum Aktı həm dövlətimizin həm də xalqımızındaha daha da inkişaf etməsinə istiqamətlənib. Bu baxımdan büün seçiciləri Səsvermə günündə aktiv olmağa dəvət edirəm".

Görüşdə həmçinin Prezident yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmlər doktoru professor İsaxan Vəliyev, Şamaxı şəhər M.Ə.Sabir adına ev muzeyinin direktoru Rəqsanə Xəlilzadə və Şamaxı rayon BVM-si və Əmək veteranları şurasının sədri Ağarza Bayramov çıxış ediblər. Onlar ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyət kəsb edən Referendum Aktı layihəsini dəstəklədiklərini bildiriblər.

Sonda YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov yekun sözlə çıxış edərək seçiciləri 26 sentabr 2016-cı ildə səs verməyə çağırıb.

Şəki şəhəri

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Şəki şəhər şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Orta Zəyzid kəndində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun Şəki şəhər şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) Şəki şəhər təşkilatının sədri Həsən Həsənov Referendum Aktı haqqında məlumat verib.

Diqqətə çatdırıb ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Şəki şəhər şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. H. Həsənov əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: "Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır".

"Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "İlk milli Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib". İnkişafın yeni şərtlər diktə etdiyini deyən Hikmət Babaoğlunun sözlərinə görə, inkişafın ortaya çıxardığı çağırışlar və tələblərə adekvat cavab vermək, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması, hüquqi sistemin keyfiyyətinin yeni mərhələyə daşınmasını təmin etmək üçün bu dəyişikliklərə ehtiyac yaranır: "Azərbaycan öz milli məqsədlərinə çatmaq üçün islahatlar həyata keçirir və Konstitusiyaya təklif olunan əlavə dəyişikliklər də bu baxımdan mühüm əhəmiyyət daşıyır. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".

Millət vəkili diqqətə çatdırıb ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək: "Müstəqillik tariximizdəki sayca üçüncü referendum demokratik inkişaf baxımından da müstəsna əhəmiyyət kəsb edəcək, milli gücün artmasında, hüquqi dövlət quruculuğu prosesinin intensiv xarakter almasında xüsusi rol oynayacaq. Vitse-prezidentlik institutunun yaradılması isə Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq".

Hikmət Babaoğlu Referendum Aktı layihəsində məhkəmə hakimiyyətinin daha operativ və ədalətli olmasını təmin edəcək müddəaların əksini tapdığını da vurğulayıb: "Bütövlükdə, bu əlavə və dəyişikliklər özündə ən aktual məsələləri cəmləşdirir və bu da ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

AMEA-nın Tarix İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin - referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: "Ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".

Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini vurğulayıblar.

Laçın rayonu

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının qərargahında Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı "Yeni Azərbaycan" təşviqat qrupunun Laçın rayonun seçiciləri ilə görüşü keçirilib. İclası giriş sözü ilə YAP Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev açaraq Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra Milli Məclisin deputatı Mahir Abbaszadə Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi təşəbbüsünün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olduğunu vurğulayıb: "Son illər ərzində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf müşahidə olunur və bu səbəbdən qanunvericilik bazasının təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır".

Daha sonra Milli Məclisin deputatı Tahir Rzayev müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklərin xalqımızın dəstəyi ilə qəbul edildiyini və növbəti referendumun da məhz xalqımızın yüksək fəallığı şəraitində baş tutacağına əminliyini ifadə edib.

Görüşdə həmçinin YAP Laçın rayon təşkilatının fəalları İradə Həsənova, Tahir Bayramov, Qoca Qocayev, Arif Feyzullayev, Murad Hüseynov çıxış ediblər.

sia.az

Digər xəbərlər