Dünən Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupunun üzvləri Qarabağ Muğam Mərkəzində Ağcabədi şəhər seçiciləri ilə daha bir görüş keçiriblər.
Görüşü Ağcabədi şəhər bələdiyyəsinin sədri Mürşüd Məmmədov açaraq, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini vurğulayaraq, bu prosesin ölkənin inkişafı, dünya birliyinə inteqrasiyası ilə əlaqədar olduğunu diqqətə çatdırdı.
Milli Məclisin deputatı Tahir Rzayev görüşdə çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri maddələr üzrə ətraflı təhlil edərək seçicilərə geniş məlumat verdi.
Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Ağcabədi rayon şöbəsinin sədr müavini Nazim Bünyatov çıxış edərək, konstitusiyada əlavə və dəyişikliklərin edilməsini ölkənin milli təhlükəsizliyinin qorunmasına, sahibkarların hüquqlarının qorunmasına, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunmasına, ölkədə hakimiyyət bölgüsünün dəqiqləşməsinə gətirib çıxaran müddəalar olduğunu qeyd etdi.
Görüşdə Ağcabədi bələdiyyəsinin üzvləri Səadət Kazımova, Məhsəti Ağayeva və Salmanbəyli kənd bələdiyyəsinin sədri Fəxrəddin Qasımov çıxış edərək, konstitusiyaya əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini, ölkə vətəndaşların milli maraqlarının qorunmasına hesablandığını qeyd etdilər və Salmanbəyli seçiciləri adından bildirdilər ki, bələdiyyə ərazisində yaşayan bütün seçicilər sentyabrın 26-da siyasi iradə nümayiş etdirərək, konstitusiyaya əlavə olunan dəyişiklikləri dəstəkləyəcəklər.
ZÜMRÜD