PDF Oxu

Siyasət

  • 28

Deputatlarımız Rusiyada seçkiləri müşahidə edəcək

Deputatlarımız Rusiyada seçkiləri müşahidə edəcək

Sentyabrın 18-də Rusiya Dövlət Dumasına növbəti seçkilər keçiriləcək. Milli Məclisin deputatları seçkiləri müşahidə etmək üçün sentyabrın 16-dan Rusiya Federasiyasının bir sıra şəhərlərində səfərdə olacaqlar. Bu barədəSİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, millət vəkilləri Rüfət Quliyev, Mixail Zabelin MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyəcəklər.Deputatlarımız seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, seçicilərin fəallığına diqqət yetirəcəklər.Səfər sentyabrın 20-də başa çatacaq.

sia.az

Digər xəbərlər