PDF Oxu

Siyasət

  • 23

Niyaməddin Orduxanlı: “ABŞ radikal müxalifəti təhqir edir” AÇIQLAMA

Niyaməddin Orduxanlı: “ABŞ radikal müxalifəti təhqir edir” AÇIQLAMA

"Xəbər verildiyi kimi, sentyabrın 15-də ABŞ Konqresinin İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə Azərbaycan müxalifətini AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli təmsil edib. Əli Kərimlinin oğlunun təmsilçiliyi müxalifət düşərgəsində birmənalı qarşılanmayıb". Bununla bağlı SİA-ya açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, əslində Əli Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ Konqtesinin İnsan Hüquqları Komissiyasında təmsilçiliyi biabırçılıq və rəzalətdir: "Bu xəbəri mətbuatdan əldə etdik. 20 nəfər yaxın adamın iştirakı ilə dinləmələr keçirilib. Bir nəfər ermənipərəst konqresmen Cim Makqavern iştirak edib. Digər şəxslər isə, ABŞ-dakı erməni lobbi qruplarının və diasporasının nümayəndələri olub. Dinləmələrin video görüntüsünü izlədikdə Qarabağ da sepratçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyan da iştirak edir.Deməli, Əli Kərimin oğlu Türkel Kərimli Azərbaycanla bağlı üzündən yazılmış mətini oxuyur, mətini Əli Kərimlinin yazmasına heç bir şübhəniz olmasın və ermənipərəstlər buna qulaq asır. Azərbaycan xalqının divan tutmuş bir insanın oğlunun Əli Kərimlinin oğlu ilə bir yerdə oturması heç vaxt təsadüfü ola bilməz. Digər tərəfdən, məncə, ABŞ rəsmiləri qəsdən Əli kərimlinin oğlunu dəvət edib".BAXCP rəsmisi əlavə edib ki, 24 yaşlı bir gənci dinləmələrə dəvət etməklə göstərdi ki, ABŞ radikal müxalifətə heç bir önəm vermir: "ABŞ radikal müxalifəti bu, addımı ilə aşağılayır. 24 yaşlı bir gənc nədən danışa bilər? Hansı göstəriciləri ilə müxalifəti təmsil edə bilər? Əli Kərimlinin oğlu olmaq, ona hansı status verir? Özü də bu gənc uzun illərdi ki, atasının maliyə dəstəyi ilə İngiltərənin ən bahalı unveristetində ( İngiltərə unversitetində bir il oxumaq üçün minimum 150 000 dollar lazım olur ) oxuyur, yaşayır.Xatırlayıram, 2000-ci ildə ABŞ – da dinləmələrə Azərbaycan müxalifəti dəvət edilmişdi. Müxalifəti mərhum Əbülfəz Elçibəy, Etibar Məmmədov, Rəsul Quliyev təmsil edirdi. İndi görün vəziyyət necədir ki, müxalifəti Əli Kərimlinin 24 yaşlı bir uşağı təmsil edir. Bir daha qeyd etmək istəyirəm ki, ABŞ bununla Azərbaycanın radikal müxalifətinə hansı "dəyər" və "qiymət" veridyini göstərir. Əli Kərimli isə, özünün oğlunun Bako Saakyanla yanaşı oturmağından qururlanır. ABŞ erməni lobbisi və diasporası isə, bu faktı bütün dünyaya göstərib, ermənilərin xeyrinə təblığat apardılar. Bu gün Əli Kərimli öz çirkin siyasətinə 24 yaşlı oğlunu da bulaşdırdı".

sia.az

Digər xəbərlər