PDF Oxu

Siyasət

  • 30

Elşən Musayev: “AXCP və Müsavatın birgə mitinqi ilə heç nə dəyişən deyil”

Elşən Musayev: “AXCP və Müsavatın birgə mitinqi ilə heç nə dəyişən deyil”

"Ümumiyyətlə AXCP ilə Müsavatın birgə mitinq keçirmələri haqqında təlimat çoxdan verilib. Sadəcə olaraq hər iki partiya bir-birlərinə qarşı olan kin-küdurət üzündən heç cür biraya gələ bilmirlər. Onsuzda onların həm birgə, həm də ayrılıqda mitinq keçirməsi ilə heç nə dəyişən deyil". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.Deputatın sözlərinə görə, müxalifətin keçirdikləri uğursuz mitinqin hər kəs şahidi oldu: "Hətta bildiyiniz kimi 2013-cü ildə keçirilən mitinqlərdə Rəsul Quliyev bunları rüsvay etmişdi. O demişdir ki, Cəmil Həsənli "əblək"dir. Bütün bunlarla bərabər AXCP-nin keçirdiyi 17 sentyabr mitinqindən sonra da Rəsul Quliyev yenə onları təqhir etdi. Hərçənd R.Quliyevin özü də həmin təhqirlərə layiqdir. Məsələ ondandır ki, müxalifətin keçirəcəyi mitinqdən heç bir gözləntilər yoxdur. Hesab edirəm ki, istər xarici dairələr, erməni lobbisi, istərsə də səfirliklər onlara müxalifətə pul müqabilində onlar Azərbaycan hakimiyyətinə qarşı çıxmağa tələb etməsinin belə heç bir effekti olmayacaq. Onlar buna nail ola bilməyəcəklər".

sia.az

Digər xəbərlər