26 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsinin – referendumun keçirilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Kanadadakı Səfirliyində 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 40 saylı seçki məntəqəsi yaradılıb.Azərbaycanın Kanadadakı səfirliyindən SİA-ya verilən məlumata görə, Kanadada daimi yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları seçki hüququnun təmin edilməsi məqsədilə 2016-cı ilin 26 sentyabr tarixində saat 08:00-dan – 19:00-dək Səfirliyə gələ və Azərbaycan Respublikasının etibarlı pasportu əsasında ümumxalq səsverməsində - referendumda iştirak edə bilərlər.
sia.az