Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 2003-cü il mayın 28-də qəbul edilmiş "İnternetdə Kommunikasiya Azadlığı haqqında Bəyannamə"də göstərilir ki,
Avropa Şurasının üzv dövlətləri, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsi ilə müdafiə olunan fikri ifadə və informasiya azadlığı hüququnun təmin olunması üzrə üzv dövlətlərin öhdəliyini xatırladaraq,
İnternetdə fikri ifadə azadlığının və azad informasiya dövriyyəsi zərurətinin yenidən təsdiq olunmasını nəzərə alır.
Eyni zamanda, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq, fikri ifadə və informasiya azadlığı ilə digər qanuni hüquqlar və maraqlar arasında tarazlığın qorunub-saxlanması zərurəti barədə xəbərdar edir.
Bununla əlaqədar Kompyuter Cinayətləri haqqında Konvensiyanı və Kibernetik Məzmunun Düzənlənməsinə dair Rec (2001) 8 saylı Tövsiyəni bundan başqa KİV siyasətinə dair 5-ci Avropa Nazirlər Konfransının (Tesaloniki 11-12 dekabr 1997-ci il) 1 saylı Qətnaməsini xatırladır.
Demokratik prinsiplərin əksinə olaraq, siyasi səbəblərə və ya digər motivlərə görə İnternetdə kommunikasiyalara ictimai çatımın məhdudlaşdırılması cəhdlərindən narahat olur.
İnternetdə kommunikasiyalara əvvəllər edilən qətiyyətli dövlət nəzarətinin, sərhədlərindən asılı olmayaraq, istisna hallar üçün qalması zərurətinə inanaraq,
Bundan başqa, internetə fərdi çatım üçün baryerlərin aradan qaldırılması zərurətini və beləliklə də, Yeni Kommunikasiya və İnformasiyaya dair Universal Xidmətlər haqqında R (99) 14 saylı Tövsiyəyə uyğun olaraq, ictimai çatım məsələlərini tənzimləmək üçün artıq görülmüş tədbirlərin tamamlanmasını nəzərə alaraq - İnternet xidmətlərinin azadlığının müxtəlif milli və xarici mənbələrdən plüralist məzmuna çatım üçün istifadəçilərin hüquqlarının müdafiəsinə yardımçı olacağına inanır.
Həmçinin, sadəcə, ötürücü kimi çıxış etdiklərinə və ya üçüncü şəxslər tərəfindən verilən materialın məzmununa çatımı və ya ona sahibliyi vicdanla təmin etdiklərinə görə provayder xidmətlərinin üzərinə qoyulan öhdəliklərin məhdudlaşdırılması zərurətinə inanır.
Bununla əlaqədar- Avropa Parlamentinin 2000/31, direktivini və daxili bazarda informasiya cəmiyyəti xidmətlərinin, o cümlədən, elektron ticarətin bəzi hüquqi aspektləri barədə (Elektron Ticarət barədə Direktiv) 8 iyun 2000-ci il tarixli Müşavirəni xatırladır.
İnternetdə kommunikasiya azadlığının insan ləyaqətinə, insan hüquqlarına və başqalarının, o cümlədən, yetkinlik yaşına çatmayanların fundamental azadlıqlarına ziyan yetirməməsini vurğulayır. İnternet istifadəçilərinin şəxsiyyətinin üzə çıxarılmaması üçün onların iradələrinə hörmətlə yanaşılma balansı və cinayət hərəkətlərinə görə hüquq-mühafizə orqanları tərəfindən izlənilmə zərurəti nəzərə alınır.
İnternetdə qanunsuz məzmuna malik olan materallarla rastlaşdıqda provayder xidmətlərinin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq cəhdlərini alqışlayır.
Belə məzmunlu materiallar əleyhinə mübarizədə hüquq-mühafizə orqanları ilə əməkdaşlığın əhəmiyyəti vurğulayır.
İnternetdə kommunikasiyalar sahəsində onlar - aşağıdakı prinsiplərə riayət etməyə can atdıqlarını bəyan edirlər:
İnternet materiallarının məzmun (kontent) qaydaları
Üzv dövlətlər İnternet materiallarının məzmununu, əgər belə məzmunun başqa formada təqdim olunması mümkün deyildirsə, məhudiyyətlərə məruz qoymamalıdırlar.
Özünütənzimləmə və ya birgə tənzimləmə sahəsi üzrə üzv dövlətlər İnternetdə yayılan materialların məzmuna dair özünütənzimləmə və ya birgə tənzimləməni həvəsləndirməlidirlər.
Dövlət nəzarətinin olmaması dövlət hakimiyyət orqanları, sərhədlərdən asılı olmayaraq, İnternetdə ictimaiyyətin informasiyaya və başqa kommunikasiyaya çatım hüququnu ümumi blok qoymaqla və ya süzgəcdən (fıltrdən) keçirməklə inkar etməməlidir. Bu, yetkinlik yaşına çatmayanların müdafiəsi üçün, o cümlədən, məktəb və ya kitabxana kimi yerlərdə süzgəclər (fıltrlər) qurulmasına mane olmur.
İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan təminatlara riayət edilmək şərtilə, açıq-aşkar qeyd olunan məzmuna malik olan internet materialının şəbəkədən xaric olunması və ya alternativ olaraq, materialın əldə olunmasına, əgər onun qeyri- qanuniliyi ilə bağlı səlahiyyətli milli hakimiyyət orqanları müvəqqəti xarakterli və ya son qərar qəbul etmişsə, blok qoyulması barədə məcburi tədbirlər görülə bilər.
İnformasiya cəmiyyətində fərdlərin iştirakına maneələrin aradan qaldırılması
Üzv dövlətlər müvafiq qiymətlərlə və ədalətli əsasda heç bir ayrı-seçkilik olmadan hamının İnternet kommunikasiyasına çatımına və İnternet xitmətlərindən istifadə etməsinə yardım göstərməli və həvəsləndirməlidir. Bundan başqa, ictimaiyyətin İnternetlə bağlı aktiv iştirakı, məsələn, fərdi veb-saytların yaradılması və idarə edilməsi hər hansı bir lisenziyalaşdırma və ya oxşar effektə malik olan digər tələblərin predmeti olmamalıdır.
Xidmət sahələrinin İnternetlə təmin olunma azadlığı
Xidmət sahələrinin İnternetlə təmin olunması istifadə edilən ötürmə vasitəsinin yeganə əsasları üzrə xüsusi icazə sisteminin predmeti olmamalıdır.
Üzv dövlətlər istifadəçilərin və sosial qrupların müxtəlif ehtiyaclarını təmin edən İnternet vasitəsilə plüralist xidmət təklifini inkişaf etdirmək üçün tədbirlər görməlidir. Provayder xidmətləri onlara milli və beynəlxalq telekommunikasiya şəbəkələrinə ədalətli formada çıxışı təmin edən tənzimedici strukturda fəaliyyət göstərmək imkam yaratmalıdır.
Provayder xidmətlərinin İnternet materiallarının məzmunu ilə bağlı məhdud məsuliyyəti
Üzv dövlətlər İnternet materiallarının məzmununa nəzarət etmək üçün istifadəçilərə internetə çıxış, ötürmə, saxlama imkanı yaradan, faktları və ya qeyri-qanuni fəaliyyət hallarını fəal surətdə aşkara çıxaran provayder xidmətlərinin üzərinə ümumi öhdəçilik qoymamalıdırlar.
Üzv dövlətlər provayder xidmətlərinin milli qanunverciliklə informasiyanın ötürülməsi və ya İnternetə çıxış funksiyalarının məhdudlaşdırarkən, onların internet materiallarının məzmununa müdaxilə etməyəcəklərinə təminat verməlidirlər.
Provayder xidmətlərinin funksiyalarının geniş olduğu və başqalarına məxsus olan kontentlərin qorunub-saxlanması zamanı, əgər onlar informasiyaya çatımı və ya xidmətləri məhv etmək və ya bunlara zərər yetirmək üçün sürətlə hərəkət etmirlərsə, üzv dövlətlər qanunun tələblərinə uyğun olaraq, onların qeyri-qanuni təbiəti və ya ziyanı barədə iddia olduğu halda və ya bu barədə faktlar mövcud olduqda, fəaliyyətin və ya infomasiyanın qeyri-qanuniliyinin aşkar edildiyi zaman onları birgə məsuliyyətə cəlb edə bilərlər.
Əvvəlki bənddə qeyd olunduğu kimi, provayder xidmətlərinin məsuliyyəti milli qanunla müəyyən olunan zaman, ilk növbədə, məhdud hesab olunmayan informasiyanı əldə edən şəxsin ifadə azadlığına, eləcə də, istifadəçilərin yazışma azadlığına hörmətlə yanaşılmalıdır.
Bütün hallarda məsuliyyətin yuxarıda göstərilən həddi provayder xidmətlərinin mümkün qanun pozuntusunu aradan qaldırmaq və ya maneələr yaratmaq tələb olunan zaman, qərarvermə imkanlarına təsir etməməlidir.
Anonimlik
Onlayn müşahidəyə qarşı müdafiəyə təminat vermək, eləcə də, məlumat və ideyaların sərbəst şəkildə ifadə edilmə keyfiyyətini artırmaq üçün, üzv dövlətlər internet istifadəçilərinin şəxsiyyətlərini açıqlamamaqla onların iradələrinə hörmət etməlidirlər. Bu, milli qanunvericiliyə, Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyasına, eləcə də, məhkəmə və polis haqqında digər beynəlxalq konvensiyalara uyğun olaraq, üzv dövlətlərin cinayət təqibi zamanı birgə tədbirlər həyata keçirməsinə mane olmamalıdır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru