PDF Oxu

Siyasət

  • 14

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

Dünən Xızı rayon Mərkəzi Xəstəxanasının akt zalında Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar seçicilərə geniş məlumat verib. Rayon təşkilatının sədri Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin milli təhlükəsizliyin möhkəmləndirilməsi, dövlət və bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması, insanların hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addım olduğunu qeyd etdi: "Təklif olunan əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafına hesablanıb. Seçiciləri xalqımızın, eləcə də, dövlətçiliyimizin inkişafına istiqamətlənən Referendum Aktına səs verməyə çağırıram".

Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək Konstitusiya İslahatlarının milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət etdiyini vurğulayıb: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

B.Quliyev onu da vurğulayıb ki, nəzərdə tutulan konstitusiya dəyişiklikləri ölkəmizin inkişaf strategiyasının daha da effektivliyini təmin edəcək: "Bu gün dünyanın ən mühüm problemlərindən biri, məhz ərzaq təhlükəsizliyi məsələsidir. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı məsələsinə aid bir sıra qanunlar, dövlət proqramları qəbul edilib. Bu mənada, irəli sürülən müddəalar birmənalı şəkildə, dövlətimizin inkişafına, eləcə də, vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir. Mən hər bir seçicini 26 sentyabr ümumxalq səsverməsində fəal iştirak etməyə, məntəqələrə gedərək öz səslərini verməyə çağırıram. İnanıram ki, ümumxalq səsverməsində Xızı rayonunun sakinləri dəyişikliyə, yeniliyə "HƏ" deyəcəklər".

Görüşdə YAP Xızı rayon təşkilatının qadınlar şurasının sədri Jalə Süleymanova, rayon təşkilatının gənclər birliyinin sədri Namiq Cəfərov, Xızı rayon əlil qadınlar şöbəsinin sədri Həcər Mahmudova və rayon təşkilatının qadınlar şurasının sədr müavini Xatirə Həşimzadə çıxış edərək bildiriblər ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər dövlətin idarə olunmasını yaxşılaşdıracaq, ölkəmizin təhlükəsizliyinin təminatında və insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayacaqdır.

TƏRTƏR

Dünən Rerendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Tərtərdə qadın seçicilərlə görüş keçirib. Görüşü "Yeni Azərbaycan" Təşviqat Qrupunun Tərtər rayon şöbəsinin və rayon təşkilatının sədri Ramiz Şabanov iştirakçılara 26 sentyabrda keçiriləcək referendumun mahiyyəti barədə geniş məlumat verib. R.Şabanov qadın seçicilərinə Referendum Aktında yer alan bütün dəyişikliklər- ölkəmizdə insan hüquqları və azadlıqların qorunmasına, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə, prezidentlik müddətinin 5 ildən 7 il müddətinə artırılması və aşağı yaş senzinin götürülməsi barədə geniş izahat verib.

Tədbirdə YAP Tərtər rayon təşkilatı qadınlar şurasının sədri Xatirə Məmmədova çıxış edərək, qeyd edib ki, qadın seçicillər dövlət başçısı İlham Əliyevin bütün təşəbbüslərini dəstəkləyir: "Biz qadınlar sentyabrın 26-da seçki məntəqələrinə gedərək, Referendum Aktına "HƏ" deyəcəyik".

Görüşdə rayonun Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusubova, rayon təşkilatının qadınlar şurasının üzvü Mərziyyə Qəndilova, DSMF Tərtər rayon şöbəsinin sektor müdiri Xeyri Həcər, Umudlu kənd tam orta məktəbinin direktoru Xuraman Axundova və başqaları çıxış edərək, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zəruriliyindən danışaraq, qeyd ediblər ki, Tərtər rayonun qadınları, hər seçkidə olduğu kimi, bu seçkidə də öz fəallıqlarını nümayiş etdirərək, sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiya İslahatlarına "HƏ" deyəcəklər.

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV

Digər xəbərlər