PDF Oxu

Siyasət

  • 11

Seçicilərlə növbəti görüş

Seçicilərlə növbəti görüş

Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu bu ilin 26 sentyabrında keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Şəmkir rayonunun Aşağı Seyfəli kəndində seçicilərlə növbəti görüşünü keçirib. SİA-nın xəbərinə görə, görüşdə referendum üzrə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, millət vəkili Sona Əliyeva, "Bələdiyyə" referendum üzrə təşviqat qrupunun üzvləri və seçicilər iştirak ediblər.Görüşdə giriş nitqi ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu ilin 26 sentyabrında ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum haqqında geniş məlumat verib. O bildirib ki, Konstitusiya hər bir vətəndaşın hüquqlarının təminatçısı və orada hər hansı əlavə və dəyişiklik isə seçicilərin iradəsi ilə baş verir: "Ölkənin bütün qanunvericilik bazasının Konstitusiyaya əsaslanır. Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi tarixi zərurətdən yaranır. Bu zərurət xalqın istək və arzusudur, sosial sifarişdir".Fəxrəddin Vəliyev çıxışının sonunda bütün seçiciləri referendumda aktiv iştirak etməyə, əlavə və dəyişikliklərə səs verməyə çağırıb.Görüşdə çıxış edən millət vəkili Sona Əliyeva Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib. O qeyd edib ki, Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması təklifi vaxta və dövlət büdcəsinə qənaət etməklə yanaşı, Prezidentin öz üsul idarəsinin daha da möhkəmləndirilməsinə, milli təhlükəsizliyimizin təminatına səbəb olacaq.Millət vəkili vitse prezidentlik institunun yaradılması məsələsinə də toxunaraq, dünya təcrübəsində bunun mövcudluğundan danışıb: "Dünyada demokratik ölkələrdən sayılan ABŞ-da vitse-prezidentlik institutu var".S.Əliyeva çıxışında seçilmək üçün yaş məhdudiyyətinin aradan götürülməsi, xüsusi mülkiyyət və digər maddələr ətrafında fikirlərini bölüşüb. O, çıxışının sonunda seçicilərin referenduma çıxarılan əlavə və dəyişikliklərə səs verəcəklərinə ümidvar olduğunu vurğulayıb.Görüşdə Aşağı Seyfəli Bələdiyyəsinin sədri Qalib Əhmədov, Yuxarı Seyfəli Bələdiyyəsinin sədri Elxan Hüseynov, Abbaslı kənd 2 saylı tam orta məktəbin direktoru Kübra Musayeva çıxış edərək Konstitusiya islahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək vətəndaşlarımızın suveren hüququ olduğunu bildiriblər. Bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması ilə bağlı təklif edilən əlavəni mühüm addım adlandıraraq bu islahatın vətəndaşlarımızın daim dövlətin qayğısı ilə əhatə olunmasının bariz nümunəsi olduğunu söyləyiblər

sia.az

Digər xəbərlər