PDF Oxu

Siyasət

  • 27

Qadın seçicilər yenilikləri dəsətəkləyirlər

Qadın seçicilər yenilikləri dəsətəkləyirlər

Qadın seçicilər yenilikləri dəsətəkləyirlər

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Tərtər rayonunun qadın seçiciləri ilə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə "Yeni Azərbaycan" təşviqat qrupunun Tərtər Rayon Şöbəsinin sədri Ramiz Şabanov, Yeni Azərbaycan Partiyası (YAP) Tərtər Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusbova, YAP Tərtər Rayon Təşkilatı Qadınlar Şurasının üzvü Mərziyyə Qəndilova, DSMF Tərtər Rayon Şöbəsinin sektor müdiri Xeyri Həcər və digərləri iştirak ediblər. Görüşdə ilk çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun Tərtər Rayon Şöbəsinin sədri Ramiz Şabanov qadın seçicilərə Konstitusiya islahatları haqqında məlumat verib. O Referendumda 23 maddəyə dəyişiklik və 6 maddənin əlavə edilməsi, təklif olunan əlavə və dəyişikliklərin üçdə ikisinin insan hüquq və azadlıqları ilə əlaqədar olduğunu görüş iştirakçlarının diqqətinə çatdırıb. R. Şabanov hər zaman olduğu kimi 26 sentyabrda keçiriləcək Referendumda tərtərli qadınların yaxından iştirak edəcəyini əminliklə qeyd edib.Daha sonra çıxış edən YAP Tərtər Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova bildirib ki, qadın seçicilər Dövlət başçısı İlham Əliyevin bütün təşəbbüslərini dəstəkləyir: "Biz qadınlar sentyabrın 26-da seçki məntəqələrinə gedərək Referendum Aktına "HƏ" deyəcəyik".Daha sonnra çıxış edən natiqlər Referendum Aktının ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıblar. Sonda çıxış edən qadın seçicilər səsvermə günü məntəqələrə gələrək Referendum Aktını dəstəkləyəcəklərini qeyd ediblər.

Astara rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu 20 sentyabr 2016-cı il tarixdə YAP Astara rayon təşkilatının konfrans zalında qadın seçicilərlə görüş keçirib. Tədbiri Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatınn sədri Firudun Əhmədov açaraq qeyd edib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi müasir dövrümüzün inkişaf perspektivlərini müəyyənləşdirir və insanların daha firavan həyat tərzini şərtləndirir: "Bu gün hansı sahəyə baxsaq, Azərbaycanın və onun regionlarının sürətli tərəqqisi diqqət çəkir. Ölkəmizdə qazanılan nailiyyətlər, demokratik, hüquqi islahatlar sahəsində əldə edilən uğurlar, beynəlxalq aləmdəki nüfuz və digər sahələrdəki yüksəlişlər hər zaman yeniləşməni, təkmilləşməni bir tələb kimi qarşıya qoyur". Rayon Qadınlar Şurasının sədri Yasəmən Rəsulova çıxış edərək bildirib ki, Referendum Aktı ölkədə Azərbaycan Konstitusiyası tərəfindən təminat verilmiş demokratizmin inkişafını nəzərdə tutur: "Konstitusiyaya təklif olunan dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir."Daha sonra YAP Astara rayon Gənclər Birliyinin sədr müavini Kəmalə Nəsirova, YAP Astara rayon Qadınlar şurasının üzvü Sakitə Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək bütün qadınları sentyabrın 26-da seçki məntəqəsinə səsləyərək, müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, Vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıblar.

Şirvan şəhəri

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Şirvanda qadın seçiciləri ilə görüş keçirib. Şirvan şəhər Mədəniyyət Mərkəzində baş tutan görüşdə Yeni Azərbaycan Partiyası Şirvan şəhərinin Qadınlar Şurasının üzvləri, millt vəkili Şahin İsmayılov iştirak ediblər.Görüşdə çıxış edən millət vəkili Şahin İsmayılov qadın seçicilərə Konstitusiayay təklif olunan əlavə və dəyişikliklər haqqında məlumat verib. O, ölkəmizin sürətlə inkişaf etdiyini və qanunvericilik bazasına əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsi olduğunu qeyd edib: "Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin 15 maddəsinin - təqribən 60 faizi insan hüquq və azadlıqlarının təminatına həsr edilib. Bu baxımdan bütün seçiciləri, xüsusilə də fəal qadınları 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi-referendumda fəal olub, Referendum Aktı layihəsinə səsverməyə dəvət edirəm". Görüşdə çıxış edən digər natiqlər Referendum Aktının dövlətimiz üçün əhəmiyyətindən söz açaraq hər kəsi sentyabrın 26-da səsvermə məntəqələrinə gələrək Referenduma "HƏ" deməyə dəvət ediblər.

sia.az

Digər xəbərlər