PDF Oxu

Siyasət

  • 30

HƏMRƏY OLAQ, HƏ DEYƏK!

HƏMRƏY OLAQ, HƏ DEYƏK!

BİNƏQƏDİ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Binəqədi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Biləcəri seçiciləri ilə görüş keçirib. Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir: "Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edilib: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial-siyasi, iqtisadi-hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqlarımızın etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".

Görüşdə millət vəkili Kamaləddin Qafarov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına olunacaq əlavə və dəyişikliklərin əks olunduğu Referendum Aktı hazırkı dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığının və sabitliyinin daha da möhkəmlənməsinə iqtisadi cəhətdən daha da qüdrətlənməsinə təkan verəcək: "Təklif edilən əlavə və dəyişikliklər öz məzmununa və mahiyyətinə görə dövlətin əsaslarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsi və onların hüquqi çərçivəsinin, başqa sözlə desək, əhatə dairəsinin və hüdudlarının müəyyən edilməsi, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi və s. ibarətdir. Əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib".

K.Qafarov hər kəsi bu səsvermədə iştirak etməyə, öz vətəndaşlıq mövqeyini nümayiş etdirməyə dəvət etdi.

Görüşdə çıxış edən Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, son illər ərzində ölkəmizin bütün sahələrində əldə edilən uğurlara nəzər salaraq, bu uğurların düşünülmüş siyasi strategiyanın nəticəsi olduğunu bildirib. O, seçiciləri 26 sentyabrda seçki məntəqələrinə gələrək, əlavə və dəyişikliklərə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər bu il 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində daha fəal iştirak edəcəklərini və referenduma "HƏ" deyərək, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini bildiriblər.

Görüşdə seçiciləri maraqlandıran suallar cavablandırıldı.

İSMAYILLI

Dünən 26 sentyabr 2016-cı il tarixində keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib. Görüşü giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq, Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı seçicilərə geniş məlumat verib. O, bildirib ki, konstitusiyaya ediləcək əlavə və dəyişikliklər zamanın tələbi olmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə yönələn mütərəqqi addımdır: "Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ölkəmizdə əmin-amanlığın və sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə təkan verəcək mühüm bir sənəddir. Bütövlükdə, dəyişikliklər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi və hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının, bilavasitə, Əsas Qanunda təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədini güdür".

Rayon təşkilatının sədri görüşdə iştirak edən seçiciləri referendumda fəallıq göstərməyə çağırdı.

Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru Əmir Əliyev Referendum Aktının ayrı-ayrı maddələrinin qəbul olunması zərurətindən, yeni maddələrin ölkənin idarəçiliyində vacibliyindən söz açıb. Ə.Əliyev İsmayıllı rayon seçicilərinin referendumda hamılıqla iştirakı etməyə, gələcək tərəqqi və inkişafımıza səs verməyə çağırıb.

Görüşdə seçicilərdən - İsmayıl Tarverdiyev, Lətifə Əliyeva, Rəna Mirzəliyeva, Ramil Dadaşov, Xanlar Qənbərov və digərləri çıxış edərək refernduma çıxarılan dəyişikliklərlə bağlı fikirlərini qeyd edərək, Azərbaycanının özünəməxsus inkişaf yolunun dayanaqlığının təmin edilməsinin, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsinin və onun qanunsuz mudaxilələrdən qorunmasının və digər əsas məsələlərin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildiriblər. Qeyd edilib ki, başlıca seçkilərdə olduğu kimi, 26 sentyabr ümumxalq səsverməsində də ismayıllılar fəallıq göstərərək, konstitusiyamıza edilən dəyişikliklərə " HƏ" deyəcəklər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər