PDF Oxu

Siyasət

  • 22

AXCP rəsmisi: “Əli Kərimlinin bir neçə sifəti olduğunu hamı yaxşı bilir” AÇIQLAMA

AXCP rəsmisi: “Əli Kərimlinin bir neçə sifəti olduğunu hamı yaxşı bilir” AÇIQLAMA

"Hər kəs yaxşı bilir ki, Əli Kərimli sonuncu mitinq şousu ilə ona verilən missiyanı uğurla başa çatdırmış oldu. Həmişəki kimi yenə də xalqın və müxalifətin birliyindən sui-istifadə etdi. Yenə də "həbs etdirmək" siyasətini işə salaraq bir neçə zavallı gəncləri həbsə atdırdı. Ölkədə sosial-iqtisadi vəziyyətin gərgin olduğu bir zamanda şəxsi ambisiyalarını xalqın mənafeyindən üstün tutan Yurd sədri özünün necə bir riyakar, satqın və "saxta müxalifətçi" olduğunu bir daha sübut etdi". Bunu SİA-ya açıqlamasında alternativ AXCP-nin sədr müavini Ehtiram Mehdiyev bildirib.Onun sözlərinə görə, bu gün hər kəs bir daha əmin oldu ki, məhz Əli Kərimlinin Milli Şurası xalqın ən çətin məqamlarında belə müxalifətin bir araya gəlməsinə imkan vermədi: "Hətta 18 sentyabr tarixinə mitinq müraciəti ola-ola sentyabrın 17-nə mitinq təyin edib Müsavatın mitinqini fiaskoya uğratdı. Bu azmış kimi sentyabrın 24-nə mitinq müraciətini ləğv etdilər. Gedişat onu göstərdi ki, Yurd sədri bütün məqamlarda iqtidara növbəti "pasını ötürdü". Çünki belə mitinq xalqa deyil bir başa iqtidara lazım idi.E.Mehdiyev bildirib ki, Yurd sədrinin bir neçə sifəti olduğunu hamı yaxşı bilir: "Mitinqdə əzbərlənmiş, pafoslu və radikal çıxışlar, "Əli bəy" şüarları, Kərimlinin özünə vurğunluğu, gülüşü xalqın problemlərindən çox-çox uzaq idi. Adam bir yandan Qərbə və ona bağlı təsisatlara işləyir, digər yandan dini rejim qurmaq üçün insanları dövlətçiliyə qarşı çıxmağa çağırırdı. "Biz dini çağırışlara dözümlə yanaşmalıyıq", "İmkan verməliyik ki, inanclı insanlar öz mövqeyini ifadə edə bilsinlər", "Rejimə qarşı hər kəs, o cümlədən dindarlar da biləşməlidir" kimi bəyanatlar Əli Kərimlinin "sifət dəyişkənliyi"nin daha bir ifadəsidir. Yurd sədri bununla cəmiyyətdə itirilmiş etimadını inanclı insanların hesabına geri qaytarmaq istəyir və özünü dindarların qarşısında "molla" kimi göstərirdi.Düşünürəm ki, bütün maskaların cırılması üçün hakimiyyətin mitinqə icazə verilməsi çox düzgün qərar idi. Hakimiyyət konstitusiyaya söykənərək və hər kəsin sərbəst toplaşmaq azadlığı mövcudluğunu nəzərə alaraq növbəti qələbəsini elan etdi. Bu qələbədə Əli Kərimlin əvəzsiz rolu oldu".

sia.az

Digər xəbərlər