PDF Oxu

Siyasət

  • 23

Daşkəsən rayonunda "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib

Daşkəsən rayonunda "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib

Daşkəsən rayon icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev belə görüşlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyətini qeyd edərək, bildirib ki, insanın vətənpərvərlik hissinə malik olması ən ali əxlaqi-mənəvi məziyyətləri sırasında ilkinlərdən hesab olunur: "Vətənpərvərlik dedikdə, doğulduğun torpağı, yaşadığın ölkəni sevmək, onun uğrunda çalışmaq, əməllərinlə faydalı olmaq, onu qorumaq kimi keyfiyyətlərlə yanaşı, insanın ləyaqətli, əqidəli, vicdanlı, sədaqətli olması kimi əlamətləri də başa düşülür. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, qətiyyətli Prezident İlham Əliyev deyir: "Bu gün qəhrəman oğullarımızın qəsbkar erməni işğalçılarına qarşı döyüşlərdə qazandıqları misilsiz qəhrəmanlıqlar əsl vətənpərvərlik tərbiyəsidir. Onlar müharibə cəbhələrində igidliklə vuruşaraq, doğma respublikamızın ərazi bütövlüyünü qoruyub-saxlamaq üçün öz canlarını qurban verirlər. Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar." Ə.Abıyev, həmçinin, Silahlı Qüvvələrin Ali Baş Komandanı, dövlət başçıs İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu vurğulayıb. Rayon rəhbəri onu da vurğulayıb ki, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirirəm.

Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb və dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan torpaqlarımızın yağı düşməndən azad olunacağına əmin olduğunu bildirib.

Görüşdə, həmçinin, şəhid ailə üzvlərinə, müharibə veteranlarına və hərbi-hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə fəxri fərman və mükafatlar təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

R.HÜSEYNOVA

Digər xəbərlər