PDF Oxu

Siyasət

  • 19

"Həmrəy olaq, HƏ deyək!

"Həmrəy olaq, HƏ deyək!

DAŞKƏSƏN

Daşkəsəndə 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş ümumxalq səsverməsində Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində dünən rayonda 5 minə yaxın rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısından yüzlərlə gənc - "Yaşasın Müstəqil Azərbaycan!", "Həmrəy olaq, HƏ deyək!" şüarlarının sədaları altında konsert-mitinq təşkil olunmuş meydana ürəklərinin hökmü, gənclik eşqi ilə yürüş ediblər.

Konsert-mitinqi YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq, referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb, Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini vurğulayaraq bildirib ki, müstəqillik əldə etdiyimiz bu illər ərzində Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçib: "Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın güzgüsü olan dövlət büdcəmiz dəfələrlə artıb. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatı dəfələrlə artaraq, ölkədə yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər endirilib. Bu gün ölkəmizdə inkişafın Azərbaycan modeli yaranmış, yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olunub. Bu isə, öz növbəsində, ölkəmizin beynəlxalq aləmdə imicinin tam formalaşmasına gətirib çıxarmışdı. Bu gün Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat kimi inkişafı məhz bu proqramların hesabına mümkün olmuşdur."

M.Yolçuyev onu da bildirib ki, daşkəsənlilər həmişə olduğu kimi, bu gün də ölkə Prezidenti İlham Əliyevin ətrafında daha da sıx birləşib, sentyabrın 26-da keçiriləcək ümümxalq səsverməsi günü uğurlu inkişafımıza, bu birliyə, mütəşəkkilliyə səs verəcəklər.

Görüşdə millət vəkili Rövşən Rzayev çıxış edərək Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıb, müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycanın müstəqillik atributlarından olan konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb: "Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısının hər addımı Azərbaycanın işıqlı gələcəyinə doğrudur. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Bütün bu reallıqlar Prezident İlham Əliyevin gərgin fəaliyyətinin nailiyyətləridir və gerçəklik ölkə başçısına ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib".

R.Rzayev rayon seçicilərinin hər zaman fəal olduğunu və növbəti referendumda da fəallıq göstərəcəklərinə əminliyini ifadə edib.

Sonra YAP Daşkəsən rayon təşkilatının sədrinin müavini Müşviq Hüseynov, Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Aybəniz Vəliyeva, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Üfət Abdiyeva və digərləri çıxış edərək ölkəmizdə aparılan çox uğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan və böyük islahatlardan danışıblar.

Bütün seçicilər yüksək səviyyədə həmrəylik nümayiş etdirərək, 26 sentyabr 2016-cı il tarixində seçki məntəqələrinə gələcəklərini, konstitusiyamızda edilən əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək, "HƏ" deyəcəklərini bildiriblər!

UCAR

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Ucar rayon təşkilatının qərargahında rayonun fəal qadın seçicilərlə görüş keçirib. Yığıncağı YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq, referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.

"Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları Vüsal Hüseynov və Jalə Əliyeva konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin zamanın vacib siyasi hadisəsi olduğunu vurğulayaraq, seçiciləri sentyabrın 26-da daha fəal olmağa, səsvermə məntəqələrinə gələrək, referenduma "HƏ" deməyə dəvət ediblər. Millət vəkilləri əminliklə söyləyiblər ki, ucarlılar, həmişə olduğu kimi, 26 sentyabrda da fəallıq göstərəcək, bununla da ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini nümayiş etdirəcəklər.

Görüşdə seçicilərdən Yaqut Zeynalova və Səidə Ələkbərova konstitusiyada edilməsi nəzərdə tutulan dəyişikliklərin respublikamız üçün geniş şərait yaradacağını qeyd edərək, qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.

ZAQATALA

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zaqatala rayon şöbəsi Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü rayonun Aşağı Çardaxlar kəndində keçirib.

Aşağı Çardaxlar kənd idman meydançasında 200 nəfər seçicilərin iştirak etdiyi görüşü giriş sözü ilə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açaraq, keçiriləcək referendumla bağlı fəal təbliğat işlərin aparıldığını bildirib. "Yeni Azərbaycan" Təşviqat Qrupunun "Həmrəy olaq, "HƏ" deyək!" şüarı ilə təbliğat kampanyasına start verdiyini bildirən H.Qurbanov konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlərin ölkəmizin gələcək inkişafında mühüm rol oynayacağını qeyd edib.

Görüşdə Milli Məclisin deputatları Yaqub Mahmudov, Kamilə Əliyeva çıxış edərək bildiriblər ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir. Azərbaycanın sürətli inkişafına, xalqın daha firəvan həyatına hədəflənib.

Aşağı Çardaxlar kənd ağsaqqalı Bədirov Məhəmməd və ziyalı qadın Gülafət Əlixanova çıxışlarında vurğulayıblar ki, sentyabrın 26-da seçki məntəqələrinə gedərək, təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklər.

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV

Digər xəbərlər