PDF Oxu

Siyasət

  • 38

Türkiyə Azərbaycan münasibətləri qürur duyacağımız bir nöqtədədir

Türkiyə Azərbaycan münasibətləri qürur duyacağımız bir nöqtədədir

Azərbaycan-Türkiyə münasibətləri qürur duyacağımız bir nöqtədədir. SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Mətbuat Şurasında keçirilən vida görüşündə deyib. O bildirib ki, iki ölkə, xalqlarımız arasında böyük sevgi var: "Bu, sahib olduğumuz ən böyük sərmayədir və onun dəyərini bilməliyik. Münasibətlərimizə zərər verəcək hallara qarşı daha ayıq olmalıyıq".Diplomat əlavə edib ki, Türkiyə Azərbaycanın maraqlarının əksinə heç vaxt addım atmaz: "Fərqli düşüncə ola bilər, amma sonunda hər iki ölkənin baxışları üst-üstə düşür. Türkiyədə Azərbaycanın, Azərbaycanda Türkiyənin daha yaxşı tanınması hədəfindən əsla vaz keçməli deyilik".Səfir vurğulayıb ki, səmimiyyət ən önəmli gücümüzdür: "İkincisi isə güvəndir. Mən Azərbaycana, onun yoluna, Türkiyəyə yönəlik səmimiyyətinə çox güvənirəm".Sonda diplomat Azərbaycandan ayrılmağın çətin olduğunu deyərək, hər kəsə təşəkkür edib.

sia.az

Digər xəbərlər