PDF Oxu

Siyasət

  • 23

Nəsimidə ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi

Nəsimidə ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi rayonun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ölkəmizin növbəti mühüm əhəmiyyət kəsb edən siyasi proses ərəfəsində olduğunu bildirərək, sentyabrın 26-da ölkəmizdə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum keçiriləcəyini qeyd edib.

Rayon təşkilatının sədri qeyd edib ki, bugünkü Azərbaycan gənclərinin də başlıca missiyası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətə dəstək olmaq və Onun ideyaları ətrafında sıx birləşməkdir. Referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan maddələrin ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını bildirərək, rayon gənclərini fəal olmağa, uğurlu gələcəyimizə və tərəqqiyə səs verməyə çağırdı.

YAP Nəsimi rayon təşkilatının şura üzvləri Əvəz Ələkbərov və Əfqan Abdullayev tədbirdə çıxış edərək, bildirdilər ki, bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir. Həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq, müstəqil şəkildə inkişaf edir. Qeyd olundu ki, Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə irəliləyişə nail olub. Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur. İlk dəfə səs verəcək gənc seçiciləri fəal iştirak etməyə, xalqımızın xoşbəxt gələcəyi naminə konstitusiyaya ediləcək əlavə və dəyişikliklər "HƏ" deməyə çağırdılar.

Görüşdə iştirak edən gənc seçicilər, birmənalı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim dəstəkləyəcəklərini və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda iştirak edərək, konstitusiyada ediləcək dəyişiklik və əlavələrə səs verəcəklərini bildirdilər.

Qubada rayon ağsaqqalları ilə görüş keçirilib

Dünən 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Quba rayon şöbəsində rayon ağsaqqalları ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Abidov qeyd edib ki, ölkəmizdə dövlətçiliyin sürətlə və hərtərəfli inkişaf etməsi, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsində və cəmiyyət həyatında yeni islahatları meydana çıxarır.

Rayon təşkilat sədri ölkə başçısı İlham Əliyevin düşünülmüş, müdrik və müstəqil siyasi strategiyası nəticəsində Azərbaycanda sakitliyin, əmin-amanlığın hökm sürdüyünü və ölkəmizin davamlı inkişafa nail olduğunu bildirdi.

Y.Abidov bildirdi ki, hər zaman seçkilərdə fəallıq göstərən Quba rayon ağsaqqalları bu il də 26 sentyabrda keçiriləcək referendumda da fəal iştirak edərək, əlavə və dəyişikliklərə "HƏ" deyəcək, bununla da Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşdiklərini bir daha nümayiş etdirəcəklər.

Görüşdə çıxış edən Quba rayon ağsaqqallar şurasının sədri Həsən Günəşli konstitusiyaya dəyişikliklərin dünyanın inkişaf etmiş, öncül, sabit ictimai mühiti olan ölkələrdə aparıldığını vurğulayaraq, Azərbaycanda da həyatın bütün sahələrində sürətli inkişafin müşahidə olunduğunu bildirdi. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər birinin dövlətçiliyimizin inkişafındakı yeniliklərə xidmət edəcəyini diqqətə çatdırdı.

Quba rayon ağsaqqallar şurasının idarə heyətinin üzvü, I Nügədi kənd ağsaqqallar şurasının sədri Faiq Nəcəfov, Quba rayon ağsaqqallar şurasının üzvü İldırım Məmmədov, Şimal bölgəsinin qazisi Hacı Naib çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin son illər çox böyük uğurlar qazandığını və ölkəmizin iqtisadiyyatının inkişafını qeyd ediblər.

Görüşün sonunda Quba rayon ağsaqqallar şurasının üzvü, Zərdabi qəsəbə ağsaqqallar şurasının sədri Quliyev Babakişi Orucəli oğlu 77-ci ildönümü münasibətilə YAP Quba rayon təşkilatı tərəfindən Fəxri fərmanla təltif edildi.

Ağcabədi

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu üzvlərinin Ağcabədi rayonunun qadın seçiciləri ilə görüşü keçirilib.

Görüşü "Yeni Azərbaycan" Təşviqat Qrupunun Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov açaraq, bildirib ki, konstitusiyaya təklif olunan dəyişikliklərdə insan hüquq və azadlıqların qorunması, milli təhlükəsizliyin təmin edilməsi, dövlət-idarəetmə sisteminin təkmilləşdirilməsi, prezident və parlament seçkilərində vətəndaşların iştirakında yaş senzinin aradan qaldırılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, Prezident səlahiyyətlərini icra edə bilmədikdə, onun vəzifəsinin icrasının birinci vitse-prezidentə verilməsi, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi və zamanın tələbinə uyğun olaraq, digər dəyişikliklər nəzərdə tutulmuşdur.

Görüşdə Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər barədə nəzərdə tutulmuş dəyişikliklərin layihəsini ətraflı təhlil edərək, nəzərdə tutulan dəyişiklikləri ölkənin gələcək inkişafı üçün müsbət dəyişikliklərə gətirib çıxaracağını diqqətə çatdırdı.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının qadınlar şurasının sədri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədr müavini Məhsəti Ağayeva, rayon mərkəzi kitabxananın əməkdaşı Gülşən Quliyeva, ADPU-nun Ağcabədi filialının tələbəsi Mina Fərzəliyeva çıxış edərək, konstitusiyaya edilən əlavə və dəyişikliklərə müsbət yanaşdıqlarını, təmsil etdikləri kollektivin bütün üzvlərinin 26 sentyabrda seçki məntəqələrinə gələrək, həmrəylik nümayiş etdirərək, təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklərini bildiriblər.

İsmayıllı

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun İsmayıllı rayon şöbəsi qadın seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsinin və YAP rayon təşkilatının sədri Əzizə Vahabova açaraq, qeyd edib ki, referendum siyasi mənasına və mahiyyətinə görə dövlət həyatının ən mühüm məsələlərinin ümumxalq səsverməsinə qoyulması, xalqın rəyinin sorğusu, ifadəsidir.

Rayon təşkilatının sədri bildirib ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, idarəetmənin təkmilləşdirilməsi, təhlükəsizliyin daha da möhkəmləndirilməsi, siyasi idarəçiliyin fəaliyyətinin optimallaşdırılması, iqtisadi islahatların səmərəliliyi və davamlılığının təmin edilməsi və s. nəzərdə tutur. Bütün bunlar milli maraqlara və inkişafa xidmət göstərir. İsmayıllı rayonunun seçiciləri, o cümlədən, qadınlarımız bu işdə aktiv olub, 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək, öz gələcəklərinə səs verəcəklər.

Tədbirdə Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək, qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyi təmin olunur: "Azad və sərbəst yaşayan, demokrtik bir ölkənin vətəndaşı olduğu üçün qürur duyan ölkə əhalisinə söz, vicdan azadlığı kimi imkanları verən bu ali sənəddə bəşəri və demokratik dəyərlər eyni məqsədə yönəldilmişdir"

N.Aslanov qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təklif etdiyi Referendum Aktı layihəsi üzrə edilən əlavə və dəyişikliklər ölkəmizin sivil və modern inkişafına, demokratiyanın dərinləşməsinə, iqtisadi tərəqqi və sosial-iqtisadi yüksəlişə geniş yol açacaq. Referendumun keçirilməsi günün, zamanın tələbi və sosial sifariş olduğunu vurğulayan millət vəkili bildirib ki, Azərbaycan vətəndaşları konstitusiya islahatlarını yekdilliklə dəstəkləyir, referendumun keçirilməsinin xalqın iradəsinə uyğun olduğunu bildirib.

Tədbirdə YAP İsmayıllı rayon təşkilatının qadınlar şurasının sədri Xuraman Qurbanova, qadın seçicilər Təranə Süleymanova, Gülnarə Mürsəliyeva, Gilas Musayeva, Rəna Məmmədova, Xavər Allahverdiyeva və başqaları çıxış edərək, qeyd ediblər ki, konstitusiyaya təklif edilən dəyişikliklər zamanının tələbidir və Azərbaycan cəmiyyətini indiki reallıqlara uyğunlaşdıraraq, ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır. Bildirilib ki, bütün siyasi kampaniyalarda fəallıq göstərən qadınlar 26 sentyabrda da mütəşəkkil siyasi qüvvə kimi birlik, həmrəylik göstərəcək, ümumxalq səsverməsində hamılıqla "Həmrəy olaq, "HƏ" deyək!" devizini dəstəkləyəcəklər.

ZÜMRÜD BAYRAMOVA,

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər