PDF Oxu

Siyasət

  • 19

Azər Badamov: “Xalqın iradəsinin qarşısında heç bir xarici qüvvə dayana bilməz”

Azər Badamov: “Xalqın iradəsinin qarşısında heç bir xarici qüvvə dayana bilməz”

"ABŞ və Qərbin anti Azərbaycan dairələri həmişə bizə qarşı qərəzli mövqedə olub". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, ölkəmizdə keçirilən hər bir siyasi kampaniya ərəfəsində özlərinin əlaltısı olan QHT-lərdən və digər bütün imkanlardan istifadə etməklə Azərbaycandakı sabitliyi pozmağa, ölkəmizi zəiflətməyə cəhd göstərirlər: "Məhz ona görə də bu dairələr daima vəsait ödəməklə Azərbaycanda öz xidmətçilərini saxlayırlar. Bu xidmətçilər də Azərbaycan haqqında reallığı əks etdirməyən müəyyən məlumatları onlara ötürür, ölkə daxilində mitinq adı ilə yığıncaqlar keçirərək öz havadarlarının xoşuna gələn hərəkətlər etməklə məşğul olurlar. Təbii ki, ölkəmizə qarşı belə yanaşmanın olmasını mənfi qiymətləndirirəm və qeyd etmək istəyirəm ki, xalqın istək və iradəsinə qarşı heç bir xarici qüvvə dayana bilməz. Onların işi uzaqda dayanaraq suyu bulandırmaq arzusunda olduqlarını nümayiş etdirməkdir".

Millət vəkili hesab edir ki, Venesiya Komissiyasının rəyi də bu məqsədə xidmət edir: "Əgər bir ölkədə tam konstitusion əsaslarla ümumxalq səsverməsi keçirilərək xalqın istəyi müəyyənləşdirilirsə, burda pis nə var? Konstitusiyaya təklif olunan 29 məsələ ayrı-ayrılıqda vətəndaşların seçiminə verilir və tam demokratik seçki keçiriləcəkdir. Çox təəssüf ki, ölkəmizin uğurlarını görmək istəməyən belə qurumlar öz rəy və hesabatlarını seçki keçirilməmiş yazıb hazırlayıblar və belə açıqlamalar verirlər. Bizim üçün maraqlısı və ən əsası bizə olan qərəzli münasibət yox, xalqın marağı və istəyidir. Azərbaycan xalqı dövlət siyasətini həmişə yüksək səviyyədə dəstəkləyib və dəstəkləyəcəkdir. Çünki biz bu ölkədə yaşayır, qazandığımız uğurlardan yararlanırıq. Belə olan halda, bizə qərəzli münasibət bildirənlər boş rəylər və hesabatlar tərtib etməklə sadəcə özlərini yormuş olacaqlar".

sia.az

Digər xəbərlər