PDF Oxu

Siyasət

  • 32

Həmrəy olaq, "HƏ" deyək

Həmrəy olaq, "HƏ" deyək

Astara rayonunda gənclərlə görüş keçirilib

Astara rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının konfrans zalın da, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı ilk dəfə səs verəcək astaralı gənclərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.Bu əlavə və dəyişikliklərin bütün ölkə vətəndaşlarının, xüsusən də gənclərin maraqlarına uyğun olduğunu deyən Firudin Əhmədov ilk dəfə səs verəcək astaralı gəncləri fəal olmağa, sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.Görüşdə çıxış edən Milli Məclisin deputatı Mirkazım Kazımov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan gəncləri cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu bildirib. O qeyd edib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.Onun sözlərinə görə, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə sayılan sağlam gəncliyi öz sıralarına qatan Yeni Azərbaycan Partiyası gənclərin inkişaf perspektivlərini həmişə diqqətdə saxlayıb və gəncliyin önündə yeni üfüqlər açıb: "Ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir".YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədr mavini Kəmalə Nəsirova çıxışında Azərbaycanın Ali Qanununa əlavə və dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyasının yüksək mütəşəkkilliklə aparıldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörənliklə atdığı qətiyyətli addımlar hər bir vətəndaşımız tərəfindən rəğbətlə qarşılanır: "Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklər də xalqımızın gələcək inkişafına təminat verəcək və sözsüz ki, bütün astaralılar tərəfindən dəstəklənəcək".Görüşdə gənclər çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və öz gələcəklərinə səs verəcəklərini bildiriblər.

sia.az

Digər xəbərlər