SƏBAİL -ZİRVƏ
Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Səbail rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində "Bəyoğlan" Şadlıq Sarayında rayonun Badamdar qəsəbəsinin seçiciləri ilə görüş keçirib.
Yüzlərlə seçicilərin iştirak etdiyi görüşü YAP Səbail rayon təşkilatının sədri, "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, YAP millət vəkili Şəmsəddin Hacıyev açaraq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Referendum Aktı ilə bağlı məlumat verib. O bildirib ki, konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmizin ictimai siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edir.
Ş.Hacıyev onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra konstitusiyanın qəbulu ön plana çəkilib, hazırlanan layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası (Əsas Qanunu) qəbul edilib və 27 noyabr 1995-ci ildə qüvvəyə minib: "Ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zərurətdən irəli gəlir və Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial-siyasi, iqtisadi-hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Eyni zamanda, konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var".
"Hər bir önəmli hadisə keçilən yolun təhlilini zərurətə çevirir" -deyən Ş.Hacıyev müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib-hazırlanan konstitusiyamızın ümumxalq səsverməsi yolu qəbulundan 21 ilə yaxın zaman keçdiyini deyib: "Ölkəmiz bu il dövlət müstəqilliyini yenidən bərpa etməsinin 25 ilini qeyd edəcək. 25 il zaman baxımından qısa dövr olsa da, bu uğurları möhkəm təmələ əsaslanan siyasət şərtləndirir. Ümummilli Liderimiz Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin son 13 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək hədəfimizə yol açır. Konstitusiyanın 23 maddəsinə edilən dəyişikliklərə, eyni zamanda, əlavə olunan 6 maddəyə diqqət yetirdikdə, qeyd olunan vəzifələrin prioritetliyi qabarıq şəkildə özünü büruzə verir. Bu mənada, zərurətdən irəli gələrək, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi labüd hesab olunur".
Çıxışının sonunda Ş.Hacıyev hər kəsi sentyabrın 26-da keçiriləcək referendumda fəal iştirak etməyə, həmrəylik nümayiş etdirməyə və ümumxalq səsverməsi günü dəyişikliklərə "HƏ" deməyə çağırıb.
ŞABRAN
26 sentyabr ümumxalq səsverməsi ilə bağlı Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Şabran rayon seçiciləri ilə görüş keçirilib. 200 nəfərin iştirak etdiyi görüşü "Yeni Azərbaycan" Təşviqat Qrupu Şabran rayon şöbəsinin sədri Mehdi Balabəyov açaraq, ölkə konstitusiyasına təklif edilən əlavə və dəyişiklərlə bağlı geniş məlumat verib. O bildirib ki, konstitusiya hər bir vətəndaşın hüquqlarının təminatçısıdır. Orada edilən hər hansı əlavə və dəyişiklik isə seçicilərin iradəsi ilə baş verir.
Tədbirdə iştirak edən "Yeni Azərbaycan" Təşviqat Qrupun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev seçicilərə Referendum Aktında yer alan müddəalar haqqında məlumat verib. B.Quliyev bildirib ki, konustitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə əks olunan müddəalar hazırkı dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığını və sabitliyinin daha da möhkəmlənməsinə, Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, idarəçilik baxımından daha çevik qərarların qəbul olunmasına təkan verəcək: "Bütövlükdə, nəzərdə tutulan dəyişikliklər Azərbaycanın müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının, bilavasitə, ana qanunda təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədi güdür. Əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfüzu durmadan artır. Bütün bu nailiyyətlər hər bir azərbaycanlıda qürur hissi doğurur".
Milli Məclisin deputatı Tahir Süleymanov görüşdə çıxış edərək, Şabran seçicilərini seçki məntəqələrinə dəvət edərək, hər kəsi tərəqqi və inkişafa səs verməyə çağırıb. Təklif olunan əlavə və dəyişikliklərin sosial-iqtisadi əhəmiyyətinə toxunan deputat bildirib ki, bu dəyişikliklər konstitusiyamızı daha da zənginləşdirməklə yanaşı, ölkədə insan hüquqları və azadlıqlarının daha da artırılmasına, dövlət hakimiyyətinin tarazlaşdırılmasına, idarəetmədə balans sistemininin yaradılmasına, habelə, ictimai mənafelər baxımından torpaq mülkiyyətindən daha da səmərəli istifadə olunmasına şərait yaradacaqdır. Əsas qanunumuza ediləcək bu mütərəqqi dəyişikliklərin ölkədə dövlət-cəmiyyət-şəxs arasındakı münasibətəri keyfiyyətcə yeni mərhələyə daşıyacağını xüsusi qeyd edən natiq hər kəsi bu mütərəqqi islahatları dəstəkləməyə və səsvermədə fəal iştirak etməyə dəvət edib.
Görüşdə çıxış edən şabranlı seçicilər də respublikamızda keçirilən hər bir seçkilərdə həmişə fəal olduqlarını söyləyiblər və qarşıdan gələn seçkilərdə də islahatlara səs verəcəklərini bildiriblər.
XAÇMAZ
Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Xaçmaz rayon şöbəsi seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev ümumxalq müzakirəsinə çıxarılan Referendum Aktında nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. N.Ağayev bütün seçiciləri 26 sentyabrda bu birliyi, mütəşəkkilliyi davam etdirərək, onların seçki məntəqələrinə gəlib, gələcəkdə daha yaxşı yaşamaq, uğurlar qazanmaq, Vətənimizi güclü və qüdrətli görmək istəyi ilə yekdilliklə səs verəcəklərinə əminliyini bildirib: "Əminliklə vurğulaya bilərəm ki, 2016-cı il sentyabr ayının 26-da xalqımız, eləcə də xaçmazlılar dövlət rəhbərinin Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təşəbbüsünə müsbət rəy bildirəcək və bu dəyişikliklər ölkədə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gücləndirilməsi ilə yanaşı, demokratiyanın növbəti möhtəşəm təntənəsi olacaq".
Görüşdə millət vəkilləri Yevda Abramov, İlham Əliyev və Eldəniz Səlimov çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin beynəlxalq hüquq normalarını rəhbər tutaraq, həyata keçirdiyi islahatlar nəinki daxili siyasətin, eyni zamanda, paralel olaraq xarici siyasətin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verir: "Bu gün uğurla davam etdirilən inkişaf strategiyası, bütün sahələrdə yeni-yeni nailiyyətlərin əldə edilməsi Azərbaycan Respublikasının hüquqi dövlətdən sosial dövlətə keçidinin son mərhələsinin yaşandığını sübut edir. Məhz bu güclü dövlətin təməl prinsipləri yolunda xaçmazlılar sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində həmrəyliy nümayiş etdirib islahatlara "HƏ"deyəcəklər".
Görüşdə seçicilərdən Ayaz Mirzəyev, Sevinc Sədullayeva, Elman Allahyarov, Amil Rəhimov, Ofelya Sərkərova, milli qəhrəman atası Əlibala Şahbazov çıxış edərək bildiriblər ki, bir nəfər kimi sentyabrın 26-da məntəqələrə gedərək, Referendum Aktını qətiyyətlə dəstəkləyəcəyik.
SABUNÇU
Dünən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının qərargahında bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı görüş keçirilib.
Yığıncağı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər müasir dövrün tələblərdən irəli gəlir: "Sabunçu rayonu hər zaman ən qabaqcıl rayonlarından olmaqla yanaşı, bütün seçkilərdə öz fəallığı ilə seçilib. Biz Prezidentimizin ətrafında yumruq kimi birləşmişik. 26 sentyabrda bir daha həmrəy olub, referenduma HƏ deyəcəyik".
O bildirib ki, bu gün həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də ölkəmizin böyük dövlətlərin diqqət mərkəzində olması Azərbaycanın inkişafının keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir.
Görüşdə şərqşünas-alim, akademik Vasim Məmmədəliyev də bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsinin (referendum) əhəmiyyətini xüsusi vurğulayıb: "Mən hər kəsi seçkilərdə fəal olmağa çağırıram". V.Məmmədəliyev Azərbaycan dövlətinin möhkəmlənməsindən danışaraq, bütün bunların, məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində baş verdini deyib: "Güclü dövlətin qurulması Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev Azərbaycanı yüksələn templə irəli aparır".
Sonda YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov və başqaları çıxış edərək Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini, müasir dünyaya inteqrasiya olunduğunu qeyd edərək, tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün sözügedən dəyişikliklərə ehtiyac duyulduğunu vurğulayıblar.
BİLƏSUVAR
Dünən YAP Biləsuvar rayon təşkilatının akt zalında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 26-da keçiriləcək referendumla əlaqədar qadın seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev Azərbaycan Respublikasın da keçiriləcək referendum haqqında məlumat verərək, ümumxalq səsverməsinə çıxarılacaq Əsas Qanununmuza əlavə və dəyişiklklərlə bağlı geniş məlumat verib. K.Mirzəyev Biləsuvar rayonunda referendumla əlaqədar fəal təbliğat işlərinin aparıldığını qeyd edərək, seçiciləri sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində fəal olmağa, ölkəmizin demokratik dəyərlərimizin qorunmasına çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin zəruriliyindən söz açıb. M.Kazımov qeyd edib ki, konstitusiyaya təklif edilən dəyişikliklər ölkədə demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və insan hüquq və azadlıqlarının təminatına xidmət edir. Millət vəkili hər bir qadın seçiciləri sentyabrın 26-da seçkilərdə daha fəal olamağa, öz gələcəyinin inkişafına dəstək olmağa çağırıb.
Görüşdə YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azdlıqlarının daha etibarlı şəkildə qorunması baxımından konstitisiyaya təklif edilən dəyişikliklər günün reallığıdır. Bu mənada, qadınlarımız konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləməlidir. Natiq əmin olduğunu bildirib ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda Biləsuvarlı qadınlar öz sözlərini deyərək, əlavə və dəyişikliklərə "HƏ" deyəcəklər.
QOBUSTAN
Dünən Referendum üzrə "Yeni Azərbaycan " Təşviqat Qrupunun Qobustan rayon şöbəsi qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının və Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qobustan rayon şöbəsinin sədri Füzuli Gülaliyev konustitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. Qeyd edib ki, konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin bir çox sahələrdə yeni keyfiyyət standartlarının yaranmasına səbəb olacaq.
F.Gülalıyev Qobustan rayon qadınlarının daha fəal olımağa çağırıb və əminliklə vurğulayıb ki, ölkə vətəndaşları, o cümlədən, qadınlar sentyabrın 26-da Referendum Aktına səs verəcəklər.
Görüşdə YAP Qobustan rayon təşkilatının qadınlar şurasının üzvü Zümrüd Şərifova çıxış edərək Konustitusiya İslahatlarının əhəmiyyətindən söz açıb. Bildirib ki, YAP Qobustan rayon təşkilatında təmsil olunan 680 nəfərdən çox qadının da rayonun ictimai-siyasi həyatında aktiv iştirak edir. Z.Şərifova qarşıdan gələn ümumxalq səsverməsində də, məhz belə olacağına inandığını vurğulayaraq konustitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması ,milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib. Z.Şərifova seçiciləri, o cümlədən, qadınları referendum ilə əlaqədar Konstitusiyamıza əlavə və dəyişiklik ediləcək 26 sentyabrda seçki məntəqələrinə gələrək səs verməyə çağırıb.
Görüşdə qadın seçicilərdən Nahidə Kərimova, Mətanət Abdulxalıqova və digərləri çıxış edərək Müstəqil Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda edilən dəyişiklik və əlavələrə səs verəcəklərini bildiriblər.
UCAR
Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayon mərkəzində seçicilərilə görüş keçiriblər.
Yığıncağı YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq, referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.
"Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları Vüsal Hüseynov və Jalə Əliyeva konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin zamanın vacib siyasi hadisəsi olduğunu vurğulayaraq, qeyd ediblər ki, bu islahatlar Azərbaycan dövlətçiliyinə xidmət etdiyi üçün sentyabrın 26-da referendum keçirilməsi xalqın iradəsini əks etdirir.
Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov seçicilər adından çıxış edərək, konstitusiyada edilən dəyişikliklərin respublikamız üçün geniş şərait yaradacağını qeyd edərək, qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.
GÖYÇAY
Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Göyçay rayon şöbəsi seçicilərlə növbəti görüşünü keçirib. Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında keçirilən görüşdə çıxış edən YAP Göyçay rayon təşkilatınının sədri Sahib Şükürov ümumxalq müzakirəsinə çıxarılan Referendum Aktında nəzərdə tutulan əlavə və dəyişikliklər barədə məlumat verərək bildirib ki, Azərbaycanda sözün əsl mənasında, hüquqi dövlətin yaradılmasına və vətəndaş cəmiyyətinin formalaşdırılmasına istiqamətlənən konstitusiya dəyişiklikləri dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizdə insan hüquqlarının və azadlıqlarının daha da genişləndirilməsinə xidmət edəcək.
Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək Göyçay seçicilərini seçki məntəqələrinə dəvət edərək, hər kəsi tərəqqi və inkişafa səs verməyə çağırıb. Təklif olunan əlavə və dəyişikliklərin sosial-iqtisadi əhəmiyyətinə toxunan deputat bildirib ki, bu dəyişikliklər konstitusiyamızı daha da zənginləşdirməklə yanaşı, ölkədə insan hüquqları və azadlıqlarının daha da möhkəmlənməsinə, dövlət hakimiyyətinin tarazlaşdırılmasına, idarəetmədə balans sistemininin yaradılmasına, habelə ictimai mənafelər baxımından torpaq mülkiyyətindən daha da səmərəli istifadə olunmasına şərait yaradacaqdır. Əsas qanunumuza ediləcək bu mütərəqqi dəyişikliklərin ölkədə dövlət-cəmiyyət-şəxs arasındakı münasibətəri keyfiyyətcə yeni mərhələyə daşıyacağını xüsusi qeyd edən natiq hər kəsi bu mütərəqqi islahatları dəstəkləməyə və səsvermədə fəal iştirak etməyə dəvət edib.
Görüşdə çıxış edən millət vəkili Sabir Hacıyev qeyd edib ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər daha dinamik inkişafı hədəfləyir və zamanın tələbidir: "İnanıram ki, bütün siyasi proseslərdə öncül sıranı tutan Göyçay seçiciləri bu dəfə də Azərbaycan dövlətinin güclənməsinə, daha effektiv idarəçiliyin formalaşdırılmasına, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, bir sözlə, referenduma çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcək. Bütün seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıram".
"Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvü, Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva Azərbaycanda son illərdə müşahidə olunan dinamik inkişafından danışıb. O, kontitusiyamıza müvafiq dəyişikliklərin edilməsini və milli qanunvericilik bazasının daha da təkmilləşdirilməsini zəruri olduğunu bildirib.
TƏRTƏR
Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Tərtər rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Tərtər rayon şöbəsinin və YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov görüşdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir. R.Şabanov onu da vurğulayıb ki, regionda və dünyada baş verən hadisələr, milli dövlətlərin təhlükəsizliyinə qarşı mövcud olan hədələr hər kəsi qabaqlayıcı tədbirlər görməyə sövq edir.
R.Şabanov əminliklə vurğulayıb ki, sentyabrın 26-da tərtərlilər həmrəylik nümayiş etdirməklə referenduma "HƏ" deyəcəklər.
Görüşdə millət vəkili Ağalar Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq hüquq normalarını rəhbər tutaraq həyata keçirdiyi islahatlar nəinki daxili siyasətin, eyni zamanda, paralel olaraq xarici siyasətin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verir: "Bu gün uğurla davam etdirilən inkişaf strategiyası, bütün sahələrdə yeni-yeni nailiyyətlərin əldə edilməsi Azərbaycan Respublikasının hüquqi dövlətdən sosial dövlətə keçidinin son mərhələsinin yaşandığını sübut edir".
Millət vəkili A.Vəliyev Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edildiyini söyləyib: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".
Görüşdə Tərtər şəhər sakini Surxay Mirzəyev, Qapanlı kənd sakini
Fitat Əliyeva, Səhləbad kənd sakini Validə Mahmudova, İrəvanlı kənd sakini Faiq Məmmədov, Balakəngərli kənd sakini Rəşad Şahbazov, Tərtər şəhər sakini Lalə Rəhimli bildiriblər ki, böyük ruh yüksəkliyi ilə sentyabrın 26-da güclü Azərbaycanımızın daha uğurdlu gələcəyinə səs verəcəyik.
ASTARA
Dünən Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatında, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı ilk dəfə səs verəcək astaralı gənclərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Bu əlavə və dəyişikliklərin bütün ölkə vətəndaşlarının, xüsusən də, gənclərin maraqlarına uyğun olduğunu deyən Firudin Əhmədov ilk dəfə səs verəcək astaralı gəncləri fəal olmağa, sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Mirkazım Kazımov Azərbaycan gənclərinin cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu bildirib. O, qeyd edib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir: "Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir".
YAP Astara rayon təşkilatı gənclər birliyinin sədr mavini Kəmalə Nəsirova çıxışında Azərbaycanın Ali Qanununa əlavə və dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyasının yüksək mütəşəkkilliklə aparıldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörənliklə atdığı qətiyyətli addımlar hər bir vətəndaşımız tərəfindən rəğbətlə qarşılanır: "Prezident İlham Əliyevin təşəbbüsü ilə konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklər də xalqımızın gələcək inkişafına təminat verəcək və sözsüz ki, bütün astaralılar tərəfindən dəstəklənəcək".
Görüşdə gənclər çıxış edərək, qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və öz gələcəklərinə səs verəcəklərini bildiriblər.
RƏFİQƏ KAMALQIZI,
RÖVŞƏN NURƏDDİNOĞLU,
İSMAYIL QULİYEV