PDF Oxu

Siyasət

  • 27

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

NƏSİMİ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində açıq havada rayon seçiciləri ilə görüş keçirilib. Tədbirdə 1000 nəfərdən çox seçici iştirak edib.

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bu gün mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı azad, müstəqil və demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xəttlə inamla getməkdə, inkişafını davam etdirməkdədir: "Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Möhtərəm Prezidentimiz İlham Əliyevdir: "Möhtərəm Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun həyata keçirilməsində, ölkəmizin hərtərəfli inkişafında mühüm uğurlar qazanılmaqdadır".

M.İbrahimqızı qeyd etdi ki, Prezidentimiz İlham Əliyevin təklif etdiyi Referendum Aktı layihəsi üzrə edilən əlavə və dəyişikliklər ölkəmizin sivil və modern inkişafına, demokratiyanın dərinləşməsinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin güclənməsinə, iqtisadi tərəqqi və sosial-iqtisadi yüksəlişə geniş yol açacadır.

Rayon təşkilatının sədri Nəsimi rayonunun seçicilərini aktiv olub, 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək, öz gələcəklərinə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər əks olunub. Bu layihə geniş spektri əhatə etməklə özündə ən aktual məsələləri cəmləşdirir. Hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır: "Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan hüquqi dövlətdir və ölkə konstitusiyasının üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Amma o da məlumdur ki, hazırkı mərhələdə bir sıra hallarda hüquqdan sui-istifadə edilməsi halları müşahidə edilir. Bu, təkcə vətəndaşlar səviyyəsində baş vermir, bu cür hallara milli dövlətlərin iradəsinə hüquqdan sui-istifadə edərək, təzyiq göstərən ayrı-ayrı mərkəzlər tərəfindən də yol verilir. Məhz hüquqdan sui-istifadəni qadağan edən bir maddənin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapması hüquqi cəmiyyətin inkişafına töhfə verəcək, həm də dövlətin hüquq sistemini yeni keyfiyyət mərhələsinə daşıyacaq".

Tədbirdə çıxış edən Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva konstitusiyaya dəyişikliklərin dünyanın inkişaf etmiş, öncül, sabit ictimai mühiti olan ölkələrdə aparıldığını vurğulayaraq, Azərbaycanda da həyatın bütün sahələrində sürətli inkişafın müşahidə olunduğunu bildirib. Ölkə başçısı İlham Əliyevin düşünülmüş, müdrik və müstəqil siyasi strategiyası nəticəsində Azərbaycanda sakitliyin, əmin-amanlığın hökm sürdüyünü və ölkəmizin davamlı inkişafa nail olduğunu bildirdi. Qeyd edib ki, Nəsimi seçiciləri də 26 sentyabrda keçiriləcək referendumda da fəal iştirak edərək, əlavə və dəyişikliklərə "HƏ" deyəcəklər.

Tədbir musiqili konsert proqramı ilə davam edib.

AĞCABƏDİ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat QrupuAğcabədi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirib.

Görüşü "Yeni Azərbaycan" Təşviqat Qrupunun Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov açaraq bildirib ki, gənclər ölkəmizin ictimai-siyasi həyatında həmişə önəmli rol oynamışlar. Bütün siyasi kampaniyalarda olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək ümumxalq səsverməsində də gənclərimiz yüksək fəallıq nümayiş etdirirlər: "Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın vətəndaşı kimi sizin üzərinizə böyük məsuliyyət düşür. Dünyada baş verən mürəkkəb iqtisadi-siyasi proseslər zəminində ölkənin gələcəkdə müstəqilliyini qorumaq, onu inkişaf etdirmək sizlərin üzərinə düşür".

Rayon təşkilatının sədri 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda gənclərin seçki məntəqələrinə gələrək, əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərinə əminliyini bildirdi.

Milli Məclisin deputatı Tahir Rzayev görüşdə çıxış edərək, konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı təqdim olunan layihə barədə geniş təhlil apararaq, bu layihənin ölkənin gələcək inkişafına hesablandığını qeyd etdi və gəncləri referendumda nəzərdə tutulan dəyişikliklərə "HƏ" deməyə səslədi.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov çıxış edərək, ilk dəfə səs verəcək gəncləri maarifləndirərək, onlara referendumda fəal olmağı tövsiyə etdi.

Görüşdə YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədri Elnur Quliyev çıxış edərək, gənclərin ölkəmizdə, eləcə də Ağcabədi rayonunda bütün sahələrdə öndə gedən novator olduğunu qeyd etdi və bildirdi ki, Ağcabədi gəncləri referendumda fəal iştirak edərək, təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibətlərini ifadə edəcəklər.

Görüşdə ilk dəfə səs verəcək gənclər adından Ağcabədi Pedaqoji Kollecin tələbəsi Giləxanım Heydərova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Lamiyə Qarayeva çıxış edərək üzvü olduqları kollektivlərin bütün üzvlərinin 26 sentyabrda seçki məntəqələrinə gələrək, Referendum Aktının layihəsini dəstəkləyəcəklərini bildirərək gəncləri referendumda fəal olmağa səsdilər.

İsmayıllı

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsi seçicilərlə növbəti görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova Azərbaycan Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərin sosial tələb olduğunu və ölkəmizdəki mövcud uğurların bariz nəticəsi kimi qiymətləndirib. Rayon təşkilatının sədri Konstitusiya İslahatlarının ölkəmizin tərəqqi və inkişafına, insanların gələcək rifahına hesablandığını bildirərək, bu dəyişikliklərin ölkəmizin daha da güclənməsinə, xalqımızın firavan, təhlükəsiz yaşanmasına xidmət edəcəyini bildirib.

Ə.Vahabova çıxışında konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, sürətli inkişafına gətirib çıxaracağını bildirərək, İsmayıllı seçicilərini seçki məntəqələrinə gələrək, referendumda fəal iştirak etməyə dəvət edib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Novruzəli Aslanov bildirib ki, bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir. Həyata keçirilən hərtərəfli, düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq, müstəqil şəkildə inkişaf edir. Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə irəliləyişə nail olub.

Millət vəkili İsmayıllı seçicilərini seçkilərdə fəal iştirak etməyə, xalqımızın xoşbəxt gələcəyi naminə konstitusiyaya ediləcək əlavə və dəyişikliklər "HƏ" deməyə çağırıb.

Görüşdə çıxış edən millət vəkili Fuad Muradov ölkə konstitusiyasının yaranma tarixindən, o vaxtdan ötən müddət ərzində aparılan Konstitusiya İslahatlarından danışıb. Millət vəkili əlavə və dəyişikliklərin 15-nin, təqribən 60 faizinin insan hüquq və azadlıqlarının təminatına həsr edildiyini vurğulayaraq, bütün seçiciləri 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində fəal olmağa və Referendum Aktı layihəsinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov Azərbaycanın dünyanın stabil dövlətlərindən birinə çevrildiyini qeyd edərək, belə bir dövrdə konstitusiyaya edilən əlavə və dəyişikliklərin zəruri olduğunu bildirib.

Görüşdə seçicilər Bəxtiyar Fərəcov, Hafiz Kərimov, Könül Baxışova, Ramiz Baloğlanov, Ruhiyyə Mirzəyeva və digərləri çıxış edərək, ümumxalq səsverməsində fəal iştirak edəcəklərini və hamılıqla "Həmrəy olaq, HƏ deyək!" devizini dəstəkləyəcəklərini bildiriblər.

Görüşün sonunda konstitusiyaya təklif edilən əlavə və dəyişiklərlə bağlı geniş müzakirələr aparılıb.

İSMAYILLIDA GƏNCLƏRLƏ GÖRÜŞ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsinin daha bir görüşü ilk dəfə səs verəcək gənclərlə keçirilib.

Tədbiri giriş sözü ilə "Yeni Azərbaycan" Təşviqat Qrupunun rayon şöbəsinin və YAP rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd etdi ki, 26 sentyabr tarixində ölkəmizdə baş tutacaq ümumxalq səsverməsi - referendum inkişafın ortaya çıxardığı reallıqlardan və zərurətdən qaynaqlanır.

Ə.Vahabova bildirdi ki, konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Konstitusiyanın 23 maddəsinə dəyişikliklərin edilməsi, 6 maddənin əlavə olunması dövrün tələbidir. Dövlətimizin bu tələbləri zamanında yüksək səviyyədə həyata keçirməsinin nəticəsidir ki, yeni-yeni hədəflər gündəmə gətirilir və onlara nail olmaqla növbəti dövrün məqsədləri açıqlanır. O, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini qarşıdakı hədəflərə daha yüksək səviyyədə çatmağa stimul verəcəyin qeyd etdi.

Tədbirdə millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Novruzəli Aslanov, "İrəli" Gənclər İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək, qeyd etdilər ki, dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq Konstitusiya İslahatları aparılır. Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya İslahatlarının aparılmasını zəruri edir. Qeyd olunub ki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaqdır.

Tədbirdə YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin sədr əvəzi Şəhla Qafarova, seçicilər Orxan Ağayev, Ayişə Yusifli, Sevinc Hüseynova, Anar Həsənov, ilk dəfə səs verən gənclər Namiq Vahabzadə, Nərgiz Məmmədova və başqaları çıxış edərək, qeyd etdilər ki, bu günə qədər keçirilən bütün seçkilərin nəticələri də, vətəndaşların Möhtərəm Prezidentimizə olan böyük sevgisi və rəğbəti də bizə onu deməyə imkan verir ki, xalqımız Cənab Prezidentin irəli sürdüyü bütün təşəbbüslərin, məhz insanlarımızın daha yaxşı yaşamasına, dövlətimizin daha güclü olmasına xidmət etdiyini dərk edirlər. Ona görə də, şübhə yoxdur ki, bu referendumda da biz bu dəstəyi növbəti dəfə görəcəyik. Təklif edilən dəyişikliklərlə yaş senzinin aradan qaldırılması gənclərin qarşısında yeni üfüqlar açır. Onlar dövlətimizin gənclərə göstərdiyi qayğıdan ruhlanaraq, sentyabrın 26-da seçki məntəqələrinə gedərək, Azərbaycanın işıqlı gələcəyinə, Referendum Aktına "HƏ" deyəcəklərini bildiriblər

BİNƏQƏDİ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Binəqədi rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.

Görüşdə rayon təşkilatının fəal gənclərinin bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırladıqları videorolik nümayiş etdirildi.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 26 sentyabrda keçiriləcək referendumla bağlı gənclərə ətraflı məlumat verdi. Bildirdi ki, növbəti Konstitusiya İslahatları sosial sifariş olaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının və təhlükəsizliyinin daha təminatlı qorunması məqsədini daşıyır. Belə ki, Konstitusiya İslahatlarının əhatə etdiyi 29 maddənin 15-i, yəni 60 faizi insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına və insanlara daha layiqli həyat səviyyəsinin yaradılmasına hesablanıb. O, ölkəmizdə və Binəqədi rayonunda həyata keçirilən uğurlu işlərdən danışaraq, bütün gəncləri ümumxalq səsverməsinə getməyə və Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Referendum Aktı layihəsinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışdı. Dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və ölkəmizin iqtisadi inkişafına misilsiz töhfə verən iqtisadi layihələrdən bəhs etdi. Azərbaycanın bütün dünyanın diqqət mərkəzində olduğunu və ən böyük layihələrin təşəbbüskarı, birbaşa iştirakçısı kimi çıxış etdiyini nəzərə çatdırdı. S.Orucov Referendum Aktı layihəsində gənclərlə bağlı nəzərdə tutulan maddələr haqqında ətraflı danışaraq, yaş məhdudiyətinin aradan qaldırılmasının gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söylədi. O, bütün gəncləri referendumda iştirak etməyə və səs verməyə çağırdı.

Görüşdə çıxış edən millət vəkili Kamaləddin Qafarov Konstitusiya İslahatlarının demokratik dövlətlərə və cəmiyyətlərə xas olduğunu və xalqın istək və arzusundan yarandığını söylədi. Dünyada baş verən böyük xaosların, müharibələrin fonunda Azərbaycan dövlətinin inkişafının və xalqın həyat səviyyəsinin günbəgün yüksəlməsinin bu referendumun keçirilməsini vacib etdiyini bildirdi. Referendum Aktı layihəsində nəzərdə tutulan maddələr haqqında ətrafında məlumat verərək, bunların ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişlənməsinə şərait yaratdığını vurğuladı.

Görüşdə çıxış edən Binəqədi seçiciləri, ilk dəfə səs verəcək gənclər - Mərziyə Bağırlı və Oqtay Hüseynzadə gənclərə üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə öz təşəkkürlərinin bildirərək bütün həmyaşıdlarını, ilk dəfə səs verəcək gəncləri 26 sentyabrda seçki məntəqələrinə gedərək, referenduma səs verməyə çağırdılar.

ZÜMRÜD BAYRAMOVA,

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər