PDF Oxu

Siyasət

  • 22

19 saylı Nərimanov I seçki dairəsində seçici fəallığı müşahidə olunur SƏS TV

19 saylı Nərimanov I seçki dairəsində seçici fəallığı müşahidə olunur SƏS TV

Nərimanov rayonunda yerləşən seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunur. SİA-nın məntəqələrdə olan müaxbirinin verdiyi xəbərə görə, 19 saylı Nərimanov rayon I seçki dairəsinin 24 saylı seçki məntəqəsində səsvermə başlayan andan vətəndaşlar səs vermək üçün mənətəqələrə gəlməyə başlayıblar. Məntəqə sədri Cəfərova Afilə bildirib ki, məntəqənin seçici siyahısında 1307 nəfərin adı var.Onun sözlərinə görə, səsvermənin başlanmasından az müddət ötməsinə baxmayaraq, artıq 10-dan çox seçici öz seçimini edib: "Seçicilərdə xoş əhval-ruhiyyə özünü göstərməkdədir. Vətəndaşlar sərbəst şəkildə gəlib öz seçimlərini edirlər".19 saylı Nərimanov rayon I seçki dairəsinin 28 saylı seçki məntəqəsində də sesvermə prosesi aktiv şəkildə başlayıb. Məntəqənin sədri İmamverdiyev Əsgər saytımıza açıqlamasında bildirib ki, seçici siyahısında 1298 nəfərinm adı var: "Səsvermə başlayandan 10 dəqiqə sonra artıq 25 nəfərdən çox seçici səsvermədə iştirak etmişdi. Vətəndaşlarımızın seçkidə fəal iştirak etmək istəyi çox sevindiricidir".

sia.az

Digər xəbərlər