PDF Oxu

Siyasət

  • 26

Referendumun məqsədi – dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi İTAR -TASS

Referendumun məqsədi – dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi İTAR -TASS

"Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum səsverməsinə başlanılıb". SİA xəbər verir ki, bu barədə Rusiyanın İTAR-TASS agentliyi məlumat yayıb. Qeyd olunur ki, 125 dairə üzrə 5267 seçki məntəqəsinin hamısı açılıb və fəaliyyət göstərir. "Hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, referendumun məqsədi dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, ölkə rəhbərliyində yeni vəzifələrin yaradılması, prezident və parlament seçkilərində yaş senzinin aradan qaldırılmasıdır" -deyə məlumat verən agentlik həmçinin qeyd edir ki, səsvermə bülletenlərində 5,26 ölkə vətəndaşı seçici kimi qeydə alınıb: "Seçicilərin 25 faizinin iştirakı referendumun baş tutması hesab olunacaq".Rusiya agentliyi MSK sədri Məzahir Pənahovun fikirlərinə də yer ayırıb. "Hesab edirəm ki, ölkə vətəndaşlarına öz konstitusion hüquqlarını istifadə etmələri üçün hər bir şərait yaradılıb"-deyə İTAR-TASS onun seçkiöncəsi brifinqdəki sözlərini qeyd edib.

sia.az

Digər xəbərlər